►Özü öz başına iş açan, davranışları ilə özünə pislik edən adam haqqında işlədilən ifadə.
İfadə Azərbaycan xalq nağıllarından qaynaqlanaraq yayılmışdır.
«Qaltaqsız» adlı nağılda deyilir ki, hovuz kәnarında oturmuş adam sudan bir әlin yuxarı çıxdığını görür. Şәxs әlә tәrәf әyildikdә әl onu çәkib suya salır. Huşu başına gәldikdә o şәxs görür ki, bir bağçadadır, yanında da bir qız. Qızla sevişib əhd-peyman edirlәr. Qız yuxuya gedir. O zaman başqa bir qız bu şәxsә yanaşır. Bunun daha gözәl olduğunu görәn şәxs indi dә ona meyil edir. Әvvәlki qız oyanıb onu şillәlәyir. O şәxs bir də gözünü açıb özünü bir boş sәhrada görür. Dәrdindәn yuxarıdakı sözlәri tәkrarlayır vә o qәdәr ağlayır ki, axırda kor olur.
İfadә ilә әlaqәdar başqa bir nağılda isә deyilir:
«Meşәdә gәzәn ovçu tәsadüfәn Təpəgözün evinә gedib çıxır. Təpəgöz onun adını soruşur. Ovçu «Adım Özümdür» cavabını verir. Gecә Təpəgöz yatır. Ovçu isә qaçıb yaxındakı bir ağacın başına çıxır. Gecәnin bir alәmindә Təpəgöz ovçunu yemәk istәyir. Onun qaçdığını görüb dalınca bayıra çıxır. Ovçu sərrast ataraq oxla onun yeganә gözündәn vurur. Təpəgöz ağrının şiddәtindәn elә bir nәrә çəkir ki, meşәdәki bütün yoldaşları yanına yığılır. «Sәni kim vurdu?» – deyә soruşanlara o «özüm» cavabını verir. Yoldaşları heç nә başa düşmür: «Özün özünә elәmisәn, külü gözünә. Daha biz nә edәk?» – deyirlәr».
Məsəllər, deyimlər►Adətən, yerinə düşməyən, məqamında işlədilməyən, şəraitə uyğun olmayan söhbətlərə münasibətdə bildirilən ifadə.
İfadə Migel de Servantesin məşhur «Don Kixot» (1605) əsərindən qaynaqlanaraq yayılmışdır.
Nəşr olunduğu gündən bütün Avropada məşhurlaşmış həmin əsər həm də aforizmləri ilə oxucuların diqqətini özünə cəlb etmişdir. Məlum ifadə romanın birinci hissəsinin 25-ci fəslində verilmiş bir dialoqda işlədilir. Belə güman olunur ki, ifadə öz mənbəyini fransız atalar sözü olan «Özünü asmış adamın evində ilgək haqqında danışmazlar» deyimindən götürmüşdür.
Bəzi xalqların dilində bu ifadəyə bəzi əlavələr də edilmişdir. Xüsusən bir çox hallarda aforizm kimi yanaşılan bu ifadənin sonuna cəlladla bağlı cümlə də artırılır. Yəni məşhur ifadə «Asılmış adamın evində ip haqqında danışmazlar. Bəs cəlladın evində nədən danışmazlar?»
Məsəllər, deyimlər►Özünü bicliyə, xәstәliyə vurmaq, hiylәgәrlik etmәk, ətrafdakıları aldatmağa çalışmaq.
İfadə tülkü hiyləgərliyi ilə bağlı el arasında dolaşan rəvayətlərdən qaynaqlanır.
Tülkü bir çox xalqlarda hiylәgәrlik rәmzi hesab edilir. Azәrbaycan şifahi xalq ədəbiyyatında da bununla әlaqәdar tәmsillәr, nağıllar, rәvayәtlәr mövcuddur. Bu әsәrlәrdә, bir qayda olaraq, ağır, çıxılmaz vәziyyәtә düşən kimi tülkü özünü ölmüş göstərir vә bu üsulla canını qurtarır.
Ovçu Pirim haqqında nağılda deyilir ki, o, toyuqlarını yeyən on bir tülkü vurub dәrilәrinә saman doldurmuş və mıxdan asmışdı. Daha bir tülkü toyuq aparmağa gәlәndә Ovçu Pirim onu güdür vә içәri girәn kimi qapını bağlayır. Tülkü isə tez özünü mıxdan asılmış tülkü dәrilәrinin arasına verir, ölmüş tülkülәr kimi mıxdan asılır. Ovçu Pirim diri tülkünü tapa bilmir. Lakin baxır ki, saman tәpilib asılmış tülkü dәrilәri on bir yox, on ikidir. O hәmin tülkünü mıxdan çıxarıb yerә qoyan kimi tülkü qaçıb aradan çıxır.
Ona görə də xalq arasında özünü xәstә kimi göstәrən, ətrafdakıları aldatmağa çalışan, hiylәgәrlik edən adamlar haqqında bu ifadə işlədilir.
Məsəllər, deyimlər