Reklam
Reklam

Məsəllər, deyimlər

ÖZÜ ÖZÜNƏ, KÜLÜ GÖZÜNƏ

►Özü öz başına iş açan, davranışları ilə özünə pislik edən adam haqqında işlədilən ifadə.

İfadə Azərbaycan xalq nağıllarından qaynaqlanaraq yayılmışdır.

«Qaltaqsız» adlı nağılda deyilir ki, hovuz kәnarında oturmuş adam sudan bir әlin yuxarı çıxdığını görür. Şәxs әlә tәrәf әyildikdә әl onu çәkib suya salır. Huşu başına gәldikdә o şәxs görür ki, bir bağçadadır, yanında da bir qız. Qızla sevişib əhd-peyman edirlәr. Qız yuxuya gedir. O zaman başqa bir qız bu şәxsә yanaşır. Bunun daha gözәl olduğunu görәn şәxs indi dә ona meyil edir. Әvvәlki qız oyanıb onu şillәlәyir. O şәxs bir də gözünü açıb özünü bir boş sәhrada görür. Dәrdindәn yuxarıdakı sözlәri tәkrarlayır vә o qәdәr ağlayır ki, axırda kor olur.

İfadә ilә әlaqәdar başqa bir nağılda isә deyilir:

«Meşәdә gәzәn ovçu tәsadüfәn Təpəgözün evinә gedib çıxır. Təpəgöz onun adını soruşur. Ovçu «Adım Özümdür» cavabını verir. Gecә Təpəgöz yatır. Ovçu isә qaçıb yaxındakı bir ağacın başına çıxır. Gecәnin bir alәmindә Təpəgöz ovçunu yemәk istәyir. Onun qaçdığını görüb dalınca bayıra çıxır. Ovçu sərrast ataraq oxla onun yeganә gözündәn vurur. Təpəgöz ağrının şiddәtindәn elә bir nәrә çəkir ki, meşәdәki bütün yoldaşları yanına yığılır. «Sәni kim vurdu?» – deyә soruşanlara o «özüm» cavabını verir. Yoldaşları heç nә başa düşmür: «Özün özünә elәmisәn, külü gözünә. Daha biz nә edәk?» – deyirlәr».

Məsəllər, deyimlər