Dil. (“Koroğlu” dastanının lüğəti)
Zəbanə sözü də vardır; alov, alovun şöləsi, dili; tərəzinin dil şəklində olan hissəsi mənalarını verir.
Xanım, qoynundakı bu nədi yumru?!
Üstün ört görməsin cahali-cumru,
Hüsnün Züleyxadı, zəbanın qumru,
Yetişibdi bir cüt nar sinən üstə.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)
Azərbaycan dastanlarının leksikasıər. zəval
Ziyan, zərər // bəla, müsibət, xətər, qorxu. (“Koroğlu” dastanının lüğəti)
İndi bizim də əsl bəlamız qayıdan başdadı. İndi bizə heç bir zaval yoxdu. (“Koroğlunun Bayazid səfəri”)
*
Nə bilirdi Koroğlunun halını,
Bu tər savaşını, bu zavalını,
Yükləyin karvanın, çəkin malını!
Qoy ah çəksin, öz-özünə dərd olsun.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Mirzə”)
Azərbaycan dastanlarının leksikası1. Qara qarğa.
2. Məcazi mənada: qara, qaranlıq. (“Koroğlu” dastanının lüğəti)
Dastanda həqiqi mənada işlənmişdir.
Koroğlu der: hay olanda,
Dərələrə aslan dolanda,
Qara zağ bülbül olanda
Gülün qədrini nə bilsin?!
(“El şairləri”)
Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq // ümumiyyətlə, silaha verilən parıltı. (“Koroğlu” dastanının lüğəti)
Azərbaycan dastanlarının leksikasıZağ verilmiş, cilalanmış, cilalı. (“Koroğlu” dastanının lüğəti)
Qılıncın ağzı zağlıdı,
Dostunun yolu bağlıdı,
Koroğlu qəlbi dağlıdı,
Qoyma batsın çən-dumana!
(“Koroğlunun Qars səfəri”)
*
Qılıncın ağzı zağlıdı,
Düşmanın qolu bağlıdı,
Koroğlu çox damağlıdı,
Eyvaz, buyur nərdivana!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikası