fars. zər – qızıl + əfşan (fəşan) – səpən, saçan
Zərlə işlənmiş. (“Koroğlu” dastanının lüğəti)
Yalvardım, yaxardım, başını basdım,
Zərəfşan qalxana uzatdım dəstim,
Çəkdim zülfüqarı, dördün də kəsdim,
Ərəbistan qaldı mənə yurd, gidi!
(“Həmzənin Qıratı aparmağı”) (Madenadaran əlyazması)
Azərbaycan dastanlarının leksikası1. Sarı; sarılıq.
2. Sarıköynək quşunun məhəlli adı. (“Koroğlu” dastanının lüğəti)
Beş gün bu fani dünyada
Bənzim zərd oldu, zərd oldu,
Gördüm bir qanlı zalımı,
Mənə dərd oldu, dərd oldu.
(“Koroğlunun qocalığı”) (“Koroğlu–Hümmət”)
*
Ay həzərat, ay camaat,
Ürək zərd oldu, zərd oldu!..
Genə namərdin sözləri
Cana dərd oldu, dərd oldu!
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıfars. zəmin – torpaq + ər. ədəb
Zəmini-ədəb öpmək: təzim etmək. (“Koroğlu” dastanının lüğəti)
Hasan paşa zəmini-ədəb öpüb, mürəxxəs olmaq istəyəndə xotkar dedi... (“Həmzənin Qıratı aparmağı”)
*
Özünü yetirdi atasının bərabərinə. Zəminiədəb öpüb dedi... (“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası