Vəziyyətin çox ağır, çıxılmaz olduğunu bildirmək üçün işlədilən ifadə.
Bu ifadə “Aşıq Qərib” dastanı ilə əlaqədar yayılmışdır. Dastanın qəhrəmanı Qərib uzaq diyardan, qürbətdən vətənə, sevgilisi Şahsənəmin toyuna gəlib çatmağa tələsir. Hələbdən çıxıb Tiflisə üz qoyur. Xeyli gedəndən sonra atı partlayıb ölür (başqa variantda – at itir). Qərib bu uzun, çətin yolu piyada getməli olur. Ayaqları qabar-qabar olur. ... Sazı sinəsinə basıb öz halına ... göz yaşı tökür (Musa Adilovdan).
Qərib başladı ağlamağa. Paşa Qəribin ağlamağını görüb ürəyi yandı, əmr etdi ki, Qəribə at versinlər. Həmin saat paşanın adamları Qəribə bir yaxşı at verib yola saldılar. (“Aşıq Qərib”)
Azərbaycan dastanlarının leksikasıSu altında qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc.
Qəvvas çəkər dəryaların dürrünü,
Bilmək olmaz Yaradanın sirrini.
(“Sam şahzadə”)
*
Qəvvas olub, dəryalara dolmuşam,
Dərdü-qəmin bu canıma salmışam.
Tərlanımdan yaxşı tərlan tapmışam,
Molla, mənim ərzim yara yaz, yara!
(“Abbas”)
Azərbaycan dastanlarının leksikasıCənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar.
Heç bilmirsən fikrim, zikrim handadı,
O da mənim kimi yanhayandadı.
Öldürsən də bil ki, gözüm ondadı,
Dönübdür qılmanə, mahi-təvanə.
(“Baxış-Leyla”)
*
Görəsən, dünya üzündə
Bir belə insan yoxmudu?
Behiştdə xəlq olunan
Huriyi qılman yoxdumu?
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıQırx nəfərdən ibarət abdallar.
Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə R.Gülpınarın “İslamda təriqətlər və məzhəblər” kitabına istinadən yazır: Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir. Qırxlar bu şəxslərdir. Əli də onlardan biridir.
Alı xan deyərlər mənim adıma,
Darda qalsam, qırxlar yetər dadıma.
Hər vaxt mənim Pəri düşər yadıma,
Pərim, gedərgisən, haçan gələssən?
(“Alı xan”)
*
Qurbani der, arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam.
Kəbədisə mən də birin yapmışam,
Min könüldən bir yol gedə o burca.
(“Qurbani”)
*
Qırxlar məclisində söylənir adım,
Ərşə bülənd olub dadü fəryadım...
(“Qurbani”)
*
Qırxlar məclisində əzildi gilə,
Oxudu lal dilim, döndü bülbülə,
Xuda, sən kömək et Şah İsmayilə,
Bəlkə, ala bilə bu Gülüzarı.
(“Şah İsmayıl”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası