Cənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar. (“Koroğlu” dastanının lüğəti)
...bəs budurana bir mələkdi, hürüdü, pəridi, qılmandı, nədi bilmirəm oturub Eyvazın başını alıb dizinin üstünə, bir gövdəli pəhləvan da onun üzünə su səpir. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası1. Geyim, zahiri görkəm.
2. Xasiyyət, yaxşı rəftar. (“Koroğlu” dastanının lüğəti)
Aman atam, mənim zehnim itirmə,
Bu qılıqda çodar olmaz, hay olmaz!
Beş manat yerinə on beş bağışlar,
Bu qılıqda çodar olmaz, hay olmaz!
(“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu-Hümmət”)
*
Yerişindən oxşatmışam sərsəmdi,
Dostluğuyla düşmanlığı bir dəmdi.
Koroğludu, ya da Dəli Həsəndi,
Bu qılıqda çodar olmaz, ay olmaz.
(Paris nüsxəsi, 3-cü məclis)
*
– Ay köpək oğlu, sənə demədimmi bu qılıqda yanşaq olmaz, görmürsən bunun ağzından qan iyi gəlir? (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıSu altında inci və s. qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc. (“Koroğlu” dastanının lüğəti)
Qəvvas kimi dəryalara dalaram,
Müxənnət yurduna talan salaram,
Yağı düşmanlardan qisas alaram,
Söylə Koroğludan mənə bir xəbər!..
(“Koroğlunun Dərbənd səfəri”)
*
Aşıq gətir bu dastanı düzməyə,
Misri qılınc düşman bağrın əzməyə,
Qırat bir qəvvasdı dərya üzməyə,
Neçə Dona kimi göllərim vardır.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–Əsəd”)
Azərbaycan dastanlarının leksikasıDüşmən. (“Koroğlu” dastanının lüğəti)
Üstümüzə gəlir qənim,
Gəldiyini sizə deyim,
Yarı sizin, yarı mənim,
Söhbətdimi, sazdımı ola?
(“Qulun qaçmağı”)
*
Ordu basan, qala yıxan,
Pəncəsində pələng sıxan,
Qəniminə qarşı çıxan,
Eyvazı pişvaz eləyin!..
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikasıNaz və işvə ilə süzgün baxış. (“Koroğlu” dastanının lüğəti)
Hərdən işvə, qəmzə satan,
Mənimlə ixtilat qatan.
Gələndə at başı tutan,
Şux gözəllər yerindəmi?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Bax: qəbzə. (“Koroğlu” dastanının lüğəti)
Çağırgilən Halaypozan oyansın,
Qılıncın qəmzəsi qana boyansın,
Dəmirçioğlu hələ zərbə dayansın,
Möhkəm qüvvəti var, zoru qoldadır.
(Ə.Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıAy // aşıq şeirində və klassik ədəbiyyatda gözəl üz mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Bircə dindir Dəmirçioğlunun özünü,
Şəmsü qəmər kimi göstər üzünü,
Qoy öpək Qıratın dırnaq, gözünü,
Gün kimi aləmə yayıl, Eyvazım!
(“Durna teli”) (“Bağdad–Əsəd”, “Bağdad–Əli”)
1. Açıq-qara.
2. Dialektlərdə sarımtıl (at haqqında) mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası