Dastanlarda kömək mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Hoy variantı da var.
Göndərdim durna ovuna,
Eyvaz əyləndi, gəlmədi.
Yarəb, kim yetdi hovuna,
Eyvaz əyləndi, gəlmədi.
(Paris nüsxəsi, 9-cu məclis)
*
Hov-hov deyib bu meydana gələndə,
Qoç igidlər bəlli olur meydanda,
Çəkər qılınc, yoldaş üstə budanar,
Tökülür qoçağın qanı meydanda.
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikasıHaydı (çağırış və əmr mənalı nida). (“Koroğlu” dastanının lüğəti)
Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!
(“Durna teli”)
*
Meydanı məhşərə döndərək, hoydu! (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Hoydu dəlilərim, hoydu oğullar,
Hardasa Düratım tapılsın gərək!..
Aman çəksin əlimizdən yağılar,
Müxənnət obası çapılsın gərək!..
(“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıƏrəbcə O mənası verən və sufi ədəbiyyatında Allaha aid olan kəlmədir. (“Koroğlu” dastanının lüğəti)
İgidə yoldaş olmasa,
Bir qoşuna baş olmasa.
Hu deyib savaş olmasa,
Ağır leşgər basqın olu.
(“Koroğlunun Qars səfəri”)
*
Do diləyib, düşmən üstə varanın,
Dalısında bərk yoldaşı gərəkdir.
Hu-hu deyib qənim atdan salanın
Ya qoç oğlu, qoç qardaşı gərəkdir.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıər. hüma
Mifologiyada: cənnət quşu; dövlət quşu (hökmdar öləndə humay quşu kimin çiyninə qonsa, kölgəsi kimin üstünə düşsə, onu hökmdar seçirdilər). (“Koroğlu” dastanının lüğəti)
Laf eyləmə, Aslan paşa,
Sədrəzəm qaçdı sandım.
Havadakı humay quşlar
Yuvasından uçdu sandım.
(”Durna teli”)
Azərbaycan dastanlarının leksikası1. Cənnətdə xidmət edən gözəl qız; behişt qızı, cənnət qızı.
2. Klassik şeirdə: çox gözəl qadın. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, mən sözümdən dönmərəm,
Səməndərəm, alışmışam, sönmərəm,
Səndən qeyrəz huri görsəm sevmərəm,
Qaldır ürbəndini, görüm gül üzün!..
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikasıMəscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri. (“Koroğlu” dastanının lüğəti)
Eyvaz sözünü tamamlayandan sonra Xacə Yəqub karvansaraya gəlib eşikdə olan mallarını içəri yığdı. Hücrənin qapısını qıfıllayıb, möhürlədi, tələm-tələsik Çənlibelə yola düşdü. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıCamalın gözəlliyi, üz gözəlliyi, zahiri gözəllik. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu Pərizad xanımın hüsnü-camalını bu alma satandan eşitmişdi. Alma satan Koroğlunun da qoçaq, pəhlivan bir igid olduğunu Pərizad xanıma danışmışdı. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıərəb. halal və hümmət – cəhd, səy
Halal-hümmət eləmək: halallaşıb görüşmək. (“Koroğlu” dastanının lüğəti)
Ondan dönüb dəlilərlə, Nigar xanımla halal-hümmət eləyib yola düzələndə Dəli Mehtər onun qabağına yəhərli, yüyənli bir at çəkdi. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası