Dastanlarda kömək mənasında işlənir.
Hoy variantı da var.
Günbəzlərdə etdim mənzili-mava
Ədalət olmadı, yetişsin hova.
Atam Kərim, adım Dilsuz binəva,
Budu sizə ərzi-hallarım mənim.
(“Dilsuz və Xəzangül”)
*
Danışcax gəlir qədəmə qədəm,
Hoyumuza yetişsin o şahi-kərəm,
Döyülür təbillər, sancağı ələm
Bizləri gözlüyüb nişana gələr.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası