Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti)
Gidi xonkar, qıl başının çarəsin,
Koroğlu üstünə dəllərlə gəlib.
Alıbdı qalanı, yıxıbdı bürcün,
Koroğlu üstünə şirlərlə gəlib.
(“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)
*
Ləşkərün götürüb gəldün üstümə,
Gidi Reyhan, məgər dəli olmusan?
Nə girmisən mənim canım qəsdinə,
Gidi Reyhan, məgər dəli olmusan?
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıNəfəslə çalınan uzun boru şəklində qədim musiqi aləti. (“Koroğlu” dastanının lüğəti)
Carçılar çığrışır, gərənay bozlar,
Ərəb atlar macal tapmaz qaçana.
Bunda baş götürmək hesaba keçməz,
Qoç igiddə yara gərək nişana.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikası1. Gəzinti, seyr.
2. Dövran, dövran etmə, dolanma. (“Koroğlu” dastanının lüğəti)
Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəsindən yapışdı. (“Koroğlunun Ərzurum səfəri”)
*
(Koroğlu) Qollarını çırmadı, meydanda gərdiş eləməyə başladı. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikasıToyda oğlan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer. (“Koroğlu” dastanının lüğəti)
Yeddi gün, yeddi gecə toy büsatı quruldu, yeddinci gecə qızın əlini Dəli Mehtərin əlinə verib gərdəyə yola saldılar. Dəli Mehtər öz muradına çatdı. (Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıAlıcı quşlara şikar almağı öyrətmək, onları şikar üçün şirnikdirmək (ovçu alıcı quşu şikara buraxmazdan əvvəl acıqlandırır, buna “quş küsdürmək” deyirlər). (“Koroğlu” dastanının lüğəti)
Dağların başında yel kimi əsər,
Bir qılınca yetmiş yeddi baş kəsər,
Tərlan gəmişdirib Çənlidə küsər
Gələr qıya, çalar Koroğlu səni.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikasıDağın beli, aşırım, dağ keçidi. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, gədikləri busaram,
Qancırğadan qanlı başlar asaram,
Bolu bəy, sənə bir qılınc basaram,
Bağırsağın cəmdəyinə dolansın.
(“Koroğlu ilə Bolu bəy”)
*
Daşlı dərənin girəcəyi dar bir gədik idi. (“Qulun qaçmağı”)
*
Bir gün tacir Ərzurumdan gəlib Ərzincana gedirdi. Ərzincan yolunda keçilməz bir gədik var idi. Koroğlu gəlib gədiyin ağzını kəsib pusquda dayandı. Tacir qabaqda, karvan ilə nökərlər isə arxada gəlib gədiyə çatdılar. (Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Bax: gəda.
2. Oğlan. (“Koroğlu” dastanının lüğəti)
Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. (“Həmzənin Qıratı aparmağı”)
*
Koroğlu baxdi ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən, pis oğlan deyil. (“Koroğlunun Qars səfəri”)
*
Sözümü salma dastana,
Şəbnəm qoyub gülüstana,
İçibsən məsti-məstana,
Məstanə gədənin oğlu.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası