Sökülüb-yığılan. (“Koroğlu” dastanının lüğəti)
İstanbulda Yaqub adlı bir sazbənd var idi. Yaqub hər il Koroğluya bir burğulu saz düzəldirdi. Belə vaxtlar burğulu sazın bəndlərini açıb cibinə qoyursan, çalmaq istədiyin vaxt isə bəndlərini qoşub çalırsan. Sazbənd Yaqub Koroğlunu igid, səxavətli bir pəhləvan kimi tanıyırdı. Elə buna görə də hər il Koroğluya bir burğulu saz bağlayıb yollayırdı. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıQönçə. (“Koroğlu” dastanının lüğəti)
Odu igidlərin xası,
Odu gülümün butası,
İsabalının ağası,
Ağam bir dəli, bir dəli.
(Paris nüsxəsi, 12-ci məclis)
fars. butə
1. İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab. Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali əlaqə rоlunu оynayır.
2. Məhəbbət dastanlarında ilahi bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana – aşiqə aşıqlıq, şairlik istеdadı bəxş еdilməsi. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarımızda aşiqə buta vеrilməsi Xızır tərəfindən еşq şərbətinin içirdilməsi ilə başlayır.
İstanbuldan buta alıb gəlmişəm,
İstanbulda arzumanım qalmadı.
Çənlibel oylağım, Qırat dayağım,
At minməkdə arzumanım qalmadı.
(“Koroğlunun İstanbul səfəri”)
Nişan, nişanə. (“Koroğlu” dastanının lüğəti)
Vardı başının xatası.
Döşündə oxun butası.
Verməz Mehrinin atası,
Bu sövdadan qayıt, aşıq!
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikasıər., əsli: yunan
1. Şəffaf və parlaq bir daş.
2. Şüşə növü. (“Koroğlu” dastanının lüğəti)
Elə bil zalımın qızı büllurdan yaranıb. (“Qulun qaçmağı”)
*
Namərdlər durar iraq,
Mərdlər üçün arxa, dayaq,
Büllur şüşə, eyvan otaq,
Döşəməyə xalısı var.
(“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikası1. Odda qovrulan, odda yanan;
2. Qızartma. (“Koroğlu” dastanının lüğəti)
Kafir ərəb məni candan eylədi,
Yaxdı kabab bağrım büryan eylədi,
Əsbabımı soydu, üryan eylədi,
Tez ol dedi, ədiblərin ört, gidi!
(“Həmzənin Qıratı aparmağı” (Madenadaran əlyazması)
*
Kəsdin kabab barım, büryan eylədin,
Eylədin broy, broy!
Bəni Məcnun kibi üryan eylədin,
Yer hay, məlum, eylədin, broy!
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikasıYaxşı bişmiş, kövrək bişmiş, qızarmış. (“Koroğlu” dastanının lüğəti)
... günorta yeməyinə: erkək toğlu ətindən bir batman yarım kabab, bir batman bürüştə çörək, bir batman araq, bir batman şərab; şam olanda: bir batman yarım əla plov üstündə ətli-canlı bir əmlik quzu, iki batman şərab, bir batman araq”. Koroğlu yazdığını ipə bağlayıb yuxarı yolladı. (Paris nüsxəsi, 12-ci məclis)
Azərbaycan dastanlarının leksikası