Dərd, qəm, kədər, qüssə. (“Koroğlu” dastanının lüğəti)
Bir ah çəkdim ərşi-zəminə düşdü,
Ələm oxu bir-birinə ötüşdü,
Namə gəlib Çənlibeldə yetişdi,
Mən bir yarın iqrarına gəlmişəm.
(“El şairləri”)
Bayraq. (“Koroğlu” dastanının lüğəti)
Sərdar ölsə, ələm yatar,
Müxənnət məqsədə çatar,
Çənlibelim yasa batar,
Gəlmədi, Eyvaz gəlmədi.
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıər. əleyh – onun üzərinə, ona
Salama qarşılıq cavab olan əleykiməssəlam sözünün qısa şəkildə işlənməsi. (“Koroğlu” dastanının lüğəti)
Sizə salamlar mənasını verir.
Ruqiyyə xanım salam verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. (“Qulun qaçmağı”)
*
Oğlan qabaqca salam verdi. Koroğlu əleyk aldı. (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıHiss etdirmədən çıxıb getmək, gözdən itmək, qaçmaq. (“Koroğlu” dastanının lüğəti)
Bir anda meydan boşaldı. Koroğlu baxdı ki, Bolu bəy işi pis görüb əkilmək istəyir. (“Koroğlu ilə Bolu bəy”)
*
Koroğlu baxdı ki, Qara xan əkilmək istəyir. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıər. əhval, fars. pürsan – soruşma
Əhvallaşma, hal-əhval tutma. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu dedi:
– Çənlibel qoruqçusuyam.
Bolu bəy sevindi ki, yaxşı oldu. Bundan əhval-pürsan olub Çənlibeldən bir az xəbər tutaram. (“Koroğlu ilə Bolu bəy”)
*
İşdən əhval-pürsan olanda Əhməd tacirbaşı özü Koroğlunun necə fənd gəlib, onları aldatmağına afərin dedi. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıGöy, asiman. (“Koroğlu” dastanının lüğəti)
Gələndə anamdan aldım dərsimi,
Çıxarda bilmərəm ərşə səsimi.
Burda kəsdirsən də lap nəfəsimi,
Səni aparmamış, dilbər, getmərəm.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Qılıncların cingiltisi, tökülən qanların fışqırtısı, atların kişnəməsi ərşə çatdı. (Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikası