Ər sözündən olub, “müqəddəslər” mənasında da işlənir.
Ermək sözü ilə də bağlayanlar vardır (haqqa ermişlər mənasında).
Övliyalar, ənbiyalar, ərənlər,
Hanı məndən doğru yola varanlar?
Qərq oldu dəryaya neçə min canlar,
Kərəm eylə, qoyma məni dəryada.
(“Novruz”)
*
Canım qurban ərənlərin pirinə,
Çatdırar aşiqi bir-birinə;
Atam bağışlasın taci-sərinə,
Ana, halal eylə, mən gedər oldum.
(“Novruz”)
*
Oyandım qəflətdən, açdım gözümü,
Ərənlər payinə sürtdüm üzümü,
Dindirdilər, haq söylədim sözümü,
Doxsan min kəlməmə bəyan dedilər.
(“Qurbani”)
Qeyd: Sonuncu misrada Qurandakı sözlərin miqdarına işarə edilir.
*
Özüm gördüm ərənləri,
Mənə badə verənləri.
(“Qurbani”)
*
Mahmud dedi:
– Paşam sağ olsun, sənin qızını ərənlər mənə buta veriblər. (“Mahmudla Nigar”)
Azərbaycan dastanlarının leksikası1. Məhşər günü yenidən diriləcək insanların öz əməllərinə dair haqq-hesab vermək üçün toplaşacaqları yer, meydan.
2. Qiyamət; qalmaqal.
Abbas deyər: cism nədi, can nədi,
Ərəsətdə gəda nədi, xan nədi,
Zülmkar padşaha din, iman nədi,
Qoyubsan küfrnən tac, adam oğlu.
(“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıTünd-qırmızı rəngli gözəl gül (klassik şeirdə gözəlin dodağı bu çiçəyə oxşadılır).
Gözlərin nərgizdi, hüsnün mahtaban,
Açılıb gül, süsən, sünbül, ərğəvan,
Zanbağı, yasəmən, bərgi-ireyhan,
Fəsli-bahar gülüstanım, xoş gəldin!
(“Qurbani”)
*
Lələ, yatmışdım xabi-qəflətdə,
Oyandım ki, bahar, yaz gəlib gedir.
Bir əlində süsən, sünbül, ərğəvan,
Yanınca qırx incə qız gəlib gedir.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıGöy, asiman.
Ərş-gürş kimi də işlənir.
Könlüm gəzir ərş üzünü, dərini,
Sevdim, seçdim alagözlü pərini.
Gəl eyləmə sən də məndən Şirini,
Padişah da ilqarından dönərmi?
(“Fərhad və Şirin”)
*
Ərşdə iki quş var, yerdən dən dələr,
Gah pünhan olar, gah olar aşkar.
(“Aşıq Alı və Əsmər xanım”)
*
Yeri, göyü, ərşi, gürşü yaradan,
Kərəm eylə, qoyma məni dəryada!
Qarlı dağlar gəldi keçdi aradan,
Kərəm eylə, qoyma məni dəryada!
(“Novruz”)
Azərbaycan dastanlarının leksikası