Polad toppuz. (“Koroğlu” dastanının lüğəti)
Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. Əmuddan murad hasil olmadı, nizəyə əl uzatdılar. (“Koroğlu ilə Dəli Həsən”)
*
Çox götür-qoydan sonra axırda bu qərara gəldi ki, Dəmirçioğluna bir əmud vursun, yıxılanda tutub qollarını bağlasın. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıSarınmış uzun parça yaxud tirmə zolağından ibarət baş geyimi; sarğı, çalma. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu bazardan aldığı ağ rəngli molla köynək-tumanını paltarlarının üstündən geydi. Başına ağ əmmamə qoyub bir əba da çiyninə saldı. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıYenicə ota düşən və eyni zamanda anasını əmən quzu. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, gəzdiyimi tapardım,
Qayalar başında qala yapardım,
Ağ sürüdən əmlik quzu yapardım,
Yeyib qurtlarınla ulaşım, dağlar!
(“Koroğlu ilə Bolu bəy”)
*
Məclis qurduram həmişə,
Işrətim, damağım ola!..
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola!..
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası1. Hiyləgər, kələkbaz, çoxbilmiş, fırıldaqçı, dolandırıcı.
2. Oğru, cibkəsən, evyaran.
3. Xilafət dövründə daimi sənət və peşəsi olmayan, təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi. (“Koroğlu” dastanının lüğəti)
Onlardan silahlı dəstələr düzəldilir, asayişi bərpa etmək üçün istifadə edirlərmiş.
Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. (“Koroğlunun Ərzurum səfəri”)
*
Aslan kimi mərd meydanda dururdum,
Hər tərəfə misri qılınc vururdum,
Əsgərləri, paşaları qırırdım,
Namərd əyyar dərman səpdi üstümə.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Deyirlər ki, Koroğlu nə qədər iyid, mərd idisə, bir o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni aldadırdı. (“Koroğluynan Bolu bəy”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikasıÜzük. (“Koroğlu” dastanının lüğəti)
Eyvaz xana al şərabı içirdim,
Du deyibən, çox xocalar köçürdüm,
Səksən oxu əyrimçədən keçirdim,
Heç kamanda arzumanım qalmadı.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
*
Dolu-dolu badələri içirdim,
Dov gəlübən çox paşalar köçürdüm,
Səksən oxu əyrimcədən keçirdim,
Heç kamanda arzumanım qalmadı.
(Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıDayanmaq, durmaq, yubanmaq, ləngimək. (“Koroğlu” dastanının lüğəti)
Göndərdim durna telinə,
Eyvaz əyləndi, gəlmədi.
Keçibdi düşman əlinə,
Eyvaz əyləndi gəlmədi.
(“Durna teli) (“Bağdad–Əsəd”)
*
Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıDağın, yamacın və ümumiyyətlə hündür yerin aşağı tərəfləri. (“Koroğlu” dastanının lüğəti)
Elə ki hər şey hazır oldu, qoşunu götürüb Çənlibelə tərəf yola düşdü. Heç yerdə dayanmayıb, dincəlməyib, gecə – gündüz at sürdü, gecələrin birində özünü çatdırdı Çənlibelin ətəklərinə. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıQızıl pul (çəkisi 3,45 q). (“Koroğlu” dastanının lüğəti)
Misirdə Bürci məmlük sultanlarından olan Əşrəf Seyfəddin Bars bəy tərəfindən kəsilmiş və onun adı ilə adlandırılmışdır. // ümumiyyətlə, pul.
Əzəldən biləydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlü, qız birçəklim Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
*
Qıratımın halı gərək,
Əşrəfidən nalı gərək,
Yetmiş ağac yolu gərək,
Dərə, təpə, düz olaydı.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)
*
Koroğlu Dəli Mehtərə tapşırdı ki, bu oğlanın ağzını əşrəfi ilə doldursun. Dəli Mehtər oğlanın ağzını əşrəfi, bacaqlı ilə doldurdu. (Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikası