lat. alter – ikisindən biri + ego – mən
Müəllifin və ya real şəxsin xarakteri ilə eynilik və ya bənzərlik təşkil edən personaj, psixoloji portret, ikinci "mən".
Bu termini prototipin əksi kimi qəbul etmək olar. İfadə ilk dəfə Miladdan öncə IV əsrdə yaşamış yunan filosofu Zenon tərəfindən işlənmiş, orta əsrlərdə Avropada daha çox hüquqi termin kimi istifadə olunmuşdur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAbxaz-adıq dillərindən biri. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır.
Bu dildə 30 mindən artıq insan danışır. Fonetik və qrammatik quruluşuna görə abxaz dilinə yaxındır. 1932-33-cü illərdə yazısı latın qrafikası əsasında tərtib edilmiş, 1938-ci ildən isə rus qrafikasına keçirilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAbxaz Respublikasında və Yaxın Şərqin bəzi ölkələrində geniş yayılmış Abxaz-adıq dillərindən biri.
Bu dildə danışanların sayı 100 mindən artıqdır. Dilin fonoloji sistemi 58 samit fonemdən ibarətdir. Abxaz əlifbası 1862-ci ildə kiril qrafikası, bəzi latın və gürcü hərfləri, diakritik işarələr əsasında tərtib edilmişdir. 1928-ci ildən latın, 1938-ci ildən gürcü, 1954-cü ildən isə rus qrafikasından istifadə edilmişdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNiger-konqolez dillər ailəsinə daxil olan dillər.
Zair, Sudan, Mərkəzi Afrika Respublikası, Çad, Kamerun və Nigeriya ölkələrində geniş yayılmışdır. Adamua-Şərq dillərinin 7 milyondan artıq daşıyıcısı var. İki (Adamaua və Şərq) qrupa aid 150 dil və dialekti özündə birləşdirir. Ənənəvi tipoloji təsnifat baxımından bu dil qrupuna daxil olan dillər iltisaqi (aqlütinativ) və qarışıq iltisaqi-analitik dillərdəndir. Əsas etibarilə yazısız dillərdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiabxaz-adıq dillərindən biri.
Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Bu dilin 120 mindən artıq daşıyıcısı var. 1917-ci ildə abxaz-adıq dillərinin yazısı, 1918-ci ildə isə ərəb qrafikası əsasında əlifbası yaradılıb. Əlifba 1927-ci ildə latın qrafikasına, 1938-ci ildə isə rus qrafikasına keçib. Ədəbi dil intensiv inkişaf edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1) adın fərqli səs tərkibinə malik variantları: Mansur//Mənsur, Abdul//Əbdül, Ümid//Umud, Xatun//Xatın və s.
2) başqa dillərə məxsus olan adların transliterasiyası zamanı meydana çıxmış variantlar: Aleksandr – İsgəndər, Platon – Əflatun, Mikayıl – Mixail – Maykl, Cəbrayıl – Qavriil, İbrahim – Abraam, Əbu Əli bin Sina – Avissena.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti