lat. articulo – bölürəm
1. Danışıq zamanı sözlərin təmiz, aydın tələffüz edilmə tərzi.
2. Müəyyən səsi tələffüz etmək üçün danışıq üzvlərinin aldığı vəziyyət.
3. Rabitə xətti (radio, telefon və s.) ilə verilən nitqin aydınlıq dərəcəsi, rabitə sisteminin keyfiyyət ölçüsü.
Jurnalistika terminləri lüğətiing. astroturf – idman meydançası üçün süni ot
Süni ictimai rəyin yaradılması və dəstəklənməsi prosesi.
Bu prosesin aparıcı qüvvəsini təşkil edən reklam şirkəti, siyasi partiya, dini icma və s. maskalanır. Auditoriyada belə təsəvvür yaranır ki, kampaniya ideyanı, yaxud məhsulu bəyənmiş insanlar tərəfindən könüllü aparılır, nəticədə informasiyaya etimad artır. İnternet – A. üçün ən geniş platformadır. Burada prosesi mürəkkəb proqramlardan istifadə edən bir şəxs də yönəldə bilir. O, müxtəlif adlar altında çıxış edir, fərqli ünvanlardan mesajlar göndərir, şəbəkədə tənqidi fikirləri lazım olan mətnlərlə əvəzləyir.
Jurnalistika terminləri lüğəti1. Ölkədə baş verən bütün mühüm hadisələrə və dövlət orqanlarının fəaliyyətinə dair informasiyanın ictimai müzakirələr üçün maksimum açıqlığı.
2. Dar mənada: 1985-ci ildən SSRİ-də həyata keçirilən yenidənqurma siyasətinin əsas komponenti.
Senzuranın zəifləməsi və çoxsaylı informasiya məhdudiyyətlərinin aradan qalxması ilə müşayiət olunan bu proses 1991-ci ildə Azərbaycan Respublikasının da daxil olduğu Sovet İttifaqının dağılması ilə yekunlaşdı.
Jurnalistika terminləri lüğətilat. attributio – əlamət verirəm
1. Materialda informasiya mənbəyinin göstərilməsi, yaxud onun mühüm əlamətlərinin qeyd olunması.
2. Əsərin, hər hansı mətnin müəllifinin, habelə yaradıldığı tarixin və yerin müəyyənləşdirilməsi.
A. üslubun, süjetin, yazı texnikasının təhlili metodlarına, fiziki və kimyəvi araşdırmaların nəticələrinə əsaslanır.
Jurnalistika terminləri lüğətilat. audire – eşitmək
1. Qəzet materiallarının səsləndirilmiş, lentə yazılmış forması.
Auditoriyanın müəyyən qismi savad dərəcəsi, həyat şəraiti, yaxud fiziki vəziyyəti ilə əlaqədar nəşrlərdə dərc edilmiş materiallarla tanış olmaq imkanından məhrumdur. Belə insanlara həmin materiallar audioinformasiya şəklində çatdırılır. A.-lər xüsusi layihələr çərçivəsində kasetlərə, disklərə yazılaraq paylanılır, yaxud radio vasitəsilə, adətən, həmişə günün eyni vaxtında efirə verilir.
2. Günün əsas xəbərləri, qəzet materiallarının xülasələrinə həsr olunmuş radio verilişi.
Belə A. çox vaxt radioqəzet adlandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. audire – eşitmək
1. Jurnal materiallarının səsləndirilmiş, lentə yazılmış forması.
2. Müəyyən mövzuya həsr olunmuş müxtəlif janrlarda materiallar toplusundan ibarət radio verilişi.
A.-lar həftədə, ayda bir dəfə dövri olaraq yayımlanır və adətən, radiojurnal adlanır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti