Əldə olunması, işlənməsi, yaxud istifadəsi vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə qanunla məhdudlaşdırılan informasiyalar, o cümlədən peşə, kommersiya, istintaq və məhkəmə sirləri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. conflictus – qarşıdurma, mübarizə
1. Əsərdə süjetin inkişafının, obrazlar arasında qarşıdurmanın əsasını təşkil edən münaqişə, ziddiyyət.
Süjetin inkişaf mərhələləri K.-lə müəyyənləşir. K. konkret xarakterlər, habelə xarakter və onu əhatə edən sosial mühit arasında və ya xarakterin öz daxilində baş verir.
2. Ziddiyyətli maraqların, məqsədlərin, mövqelərin kəskin toqquşması.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFərqli maraqlara, məqsədlərə və mövqelərə qarşı dözümsüzlüyü təbliğ edən, habelə həqiqətəuyğun olmayan, şərəf və ləyaqəti alçaldan informasiya.
K.İ. xüsusilə potensial münaqişələrin mövcud olduğu və ilkin qarşıdurmanın yarandığı şəraitdə ciddi təhlükə törədir. Belə şəraitdə münaqişənin səbəbləri, iştirakçıları haqqında qeyri-dəqiq informasiya, balansın pozulması öz-özlüyündə münaqişənin qızışmasına təkan verə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. conformis – uyğun, münasib
Hakim mövqeyə, mövcud qaydalara kor-koranə uyğunlaşma, prinsipsizlik.
Mediada K. özünü güc mərkəzlərinin yol verdiyi qanunsuzluqlara KİV-in göz yummasında, məddahlıqda, jurnalistlərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmasında göstərir.
Jurnalistika terminləri lüğətilat. connotatio < connoto –əlavə məna daşıyıram
Sözün, ifadənin ekspressiv çaları; dil vahidinin kontekstdən asılı olaraq daşıdığı qiymətləndirici funksiya, əlavə məna.
K. danışanın, yaxud yazı müəllifinin təsvir etdiyi fakta, obyektə münasibətini əks etdirir, eyni sözün tamaşaçı, dinləyici, yaxud oxucu tərəfindən müxtəlif tonallıqda qavranılmasına şərait yaradır; məsələn, «inadkarlıq» bir halda müsbət mənada – əzmkarlıq, digər halda mənfi tonallıqda – tərslik kimi başa düşülür.
Jurnalistika terminləri lüğətilat. conceptio – anlama, sistem
1. İdeyalar, baxışlar və fikirlər sistemi.
Mətbuat (media) azadlığı probleminə yanaşmada üç K. mövcuddur: avtoritar, sərhədsiz azadlıq və sosial məsuliyyət. Mətbuat nəzəriyyələrinin, dövlətlərin media və informasiya siyasətinin əsasında bu K.-lar durur.
2. Bax: proqram konsepsiyası.
3. Məqalənin, verilişin, əsərin mahiyyəti, təsvir olunan hadisələrin işıqlandırılması və izahı zamanı əsas götürülən prinsiplər sistemi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti