fr. calembour – söz oyunu
Tələffüzünə görə eyni, yaxud oxşar, mənaca isə fərqli sözlərdən istifadə etməklə nitqdə komik effektə nail olmaq üsulu; söz oyunu.
K.-lara daha çox lətifələrdə, satirik materiallarda rast gəlinir: ilk baxışdan öz həqiqi mənasında işlənən söz konkret kontekstdə məcazi məna kəsb edir.
Jurnalistika terminləri lüğətifr. calque – surət, köçürmə
Başqa dilə xas olan mürəkkəb söz və ya frazeologizmin hərfi tərcüməsi.
K.-ların dilin zənginləşməsində böyük rolu var. Azərbaycan dilindəki «dəyirmi masa» (ing. round table), «özünütənqid» (rus. самокритика), «beyin həmləsi» (ing. brainstorming) və bu kimi ifadələr müxtəlif dillərdən K. olaraq mənimsənilib. Lakin tərcümədə, xüsusən frazeologizmlərin çevrilməsi zamanı K. çox vaxt dil xətalarına yol açır; məsələn, ingilis dilində «a hot potato» («isti kartof») ifadəsini hərfi tərcümə etmək olmaz, çünki bu dildə həmin ifadə «aktual mövzu» mənasını verir.
Jurnalistika terminləri lüğətiyun. kalos – gözəllik + yun. grapho – yazıram, çəkirəm
Təsviri incəsənətin bir növü; gözəl, səlis, ornamental xətlə yazı.
K. Şərq ədəbiyyatı və incəsənətində qədimdən inkişaf edib, kitabların üzlüyü və səhifələri kalliqrafik naxışlarla bəzədilib. Jurnalistikada K.-nın imkanlarından qəzet və jurnal adlarının yazılışında, nəşrlərin qrafik modellərinin hazırlanmasında, habelə yeni şrift növlərinin yaradılmasında istifadə edilir.
Jurnalistika terminləri lüğətiyun. kamara – günbəz, günbəzli otaq
1. Çəkiliş aparatı; məs.: kinokamera, telekamera, veb-kamera.
2. Hər hansı cihazın, maşının, qurğunun daxilində konkret funksiya yerinə yetirən qapalı boşluq; məs.: fotoaparatın kamerası.
Adətən, K.-dan işıq selinin qarşısını almaq, yaxud onu idarə etmək üçün istifadə olunur.
3. İşıq düşməyən, səs keçirməyən kiçik otaq.
K.-dan teleradio verilişləri istehsalında və yayımında xüsusi effektlər (məs.: əks-səda) yaratmaq üçün istifadə edilir.
Jurnalistika terminləri lüğətifr. campagne – yürüş
Müəyyən məqsədlə təşkil olunmuş tədbirlər silsiləsi.
Belə tədbirlər məlumatlandırma, maarifləndirmə funksiyası yerinə yetirdiyi, yaxud təbliğat-təşviqat, reklam xarakteri daşıdığı üçün əksər hallarda media vasitəsilə həyata keçirilir, geniş işıqlandırılır. K.-nın əsas xüsusiyyətləri onun kifayət qədər uzunmüddətli olması, başlıca ideyasının, tezislərinin ardıcıl təkrarlanmasıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. canalis – boru
1. İnformasiya siqnallarının mənbəyi ilə bu siqnalları qəbul edən qurğular (telefon, səs gücləndiricisi və s.) arasında rabitə vasitələri kompleksi.
2. Radio və televiziya siqnalları ötürücülərinin işlədiyi standart tezlik zolağı.
K.-ların sayı məhdud olduğu üçün onlar strateji təbii resurs sayılır. K.-ların səmərəli istifadəsini təmin etmək məqsədilə müsabiqələr keçirilir və həmin müsabiqələrin qaliblərinə yayım üçün xüsusi razılıq (lisenziya) verilir.
3. Konkret tezlik zolağında yayımı həyata keçirən kütləvi informasiya vasitəsi; məs.: telekanal, radiokanal.
4. İnformasiyanın qeyri-rəsmi yollarla əldə olunmasını təmin edən, əksər hallarda gizli saxlanılan mənbə, həmçinin belə mənbə ilə əlaqə üsulu.
Jurnalistika terminləri lüğətiər. qanun > yun. kanon – norma, qayda
Ehkam forması almış yaradıcılıq qaydaları və ənənələri; normalar sistemindən ibarət estetik kateqoriya.
Hər bir klassik janrın bədii xüsusiyyətlər məcmusu K. sayılır. Jurnalistikada professional birliklər tərəfindən müəyyənləşdirilmiş peşə prinsipləri və standartları da K. hesab olunur. 1923-cü ildə Amerika Qəzet Redaktorları cəmiyyətinin qəbul etdiyi ilk professional kodeks də məhz «Jurnalistikanın K.-ları» adlanırdı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. capsula – kiçik qutu
1. Radioda musiqi proqramları, ədəbi-bədii verilişlər arasında kiçik, bir neçə dəqiqəlik xəbər buraxılışı, xəbər proqramı tipi.
2. Gələcək nəsillər üçün qoyulmuş, yaxud bir sivilizasiyadan digərinə ünvanlanmış mühüm informasiya.
Jurnalistika terminləri lüğətilat. carrus – şişirtmək
İctimai-siyasi, məişət mövzularında çəkilmiş satirik və ya yumoristik rəsm.
İllüstrasiyanın bir növü kimi K.-lardan daha çox satirik jurnallarda və ya komik məzmunlu məqalələrdə, digər əsərlərdə istifadə edilir. Burada təsvir obyektinin çatışmazlıqları qabarıq göstərilir. Azərbaycanda K. müstəqil janr kimi XX əsrin əvvəllərində «Molla Nəsrəddin» jurnalının fəaliyyəti nəticəsində formalaşıb.
Jurnalistika terminləri lüğətifr. cassette – kiçik qutu
Maqnit lentindən, yaxud maqnitləşdirilmiş lövhədən və qutu formasında müdafiə örtüyündən ibarət qurğu; audio və video informasiya daşıyıcısı.
K.-lərin üstünlüyü onların kompaktlığında, etibarlı müdafiəyə malik olmasında və müxtəlif avadanlıqlarda (kamera, maqnitofon və s.) istifadə edilə bilməsindədir.
Jurnalistika terminləri lüğətiRedaksiyada yaradıcılıq fəaliyyətinin planlaşdırılmasını həyata keçirən, habelə təşkilati işlərin icrasına rəhbərlik və nəzarət edən mərkəz.
K., adətən, mətbu KİV-də yaradılır. Onun vəzifələrinə nəşrin hər sayının planlaşdırılması mərhələsindən başlayaraq buraxılış işıq üzü görənədək bütün prosesləri nəzarətdə saxlamaq, redaksiya tapşırıqlarının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. casus – hadisə, əhvalat
1. Dolaşıq, qeyri-adi, gözlənilməz şərait.
K.-ların təhlili treninqlər zamanı jurnalistləri belə şəraitlərə hazırlamağa kömək edir.
2. Hüquqda: qayda pozuntusunun zahiri əlamətlərini özündə əks etdirsə də, şəxsin iradəsindən asılı olmayan və hüquqi baxımdan məsuliyyət yaratmayan hadisə, təsadüfi əməl.
3. Məhkəmə praktikasında mürəkkəb və mübahisəli iş.
Jurnalistika terminləri lüğəti