Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya mübadiləsi

İki və daha artıq şəxs arasında kommunikasiya pro­sesi.

İ.M.-nin məqsədi sonrakı istifadə üçün məlumatın ötürülməsi və qavra­nıl­masıdır. İ.M. informasiyanın idarə olunmasının mərhələlərindən biridir. Onun dörd əsas elementi var: informasiyanı top­layan və ötürən tərəf; məlumat; informa­siya kanalı və məlumatı qəbul edən tərəf.

Jurnalistika terminləri lüğəti

informasiya müharibəsi

Siyasi, iqtisadi, hərbi sahələrdə üstünlük qazanmaq üçün mediada ardıcıl informasiya hücumları təş­kil etməklə rəqibin zəiflədilməsi, sıradan çıxarılması üsulu.

İ.M.-nin hədəfləri mü­naqişə edən tərəflərin (ölkələrin) əhalisi, dövlət institutları (ilk növbədə, hərbi qüv­vələri) və beynəlxalq rəydir. Bu mü­haribə rəqibin informasiya sistemləri və pro­seslərinə zərbə vurmaq, onun gerçək məlumat əldə etmək imkanlarını məh­dud­laşdırmaq, internet resurslarını dağıtmaq, öz resurslarını isə qorumaq və güclən­dirmək, dezinformasiya, şayiələr hesabına media fəallığını artırmaq kimi üsullarla həyata keçirilir. İ.M. termininə rəsmi sə­nədlərdə ilk dəfə 1976-cı ildə ABŞ ad­ministrasiyasının hərbi məsləhətçisi Tomas Ronanın «Silah sistemləri və informasiya müharibələri» hesabatında rast gəlinir. Lakin bu termin hüquqi deyil, siyasi, publisistik xarakter daşıyır, ona görə hətta hərbçilər də İ.M. əvəzinə «informasiya əməliyyatı» anlayışından istifadəyə üs­tün­lük verirlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

informasiya növləri

İnformasiyaların ­kon­kret xüsusiyyətlərinə görə təsnifatı.

Hansı xüsusiyyətin üstün tutulmasından asılı olaraq müxtəlif bölgü sistemləri, növ­lər mövcuddur. Qanunvericilik bütün mə­lumatları hüquqi rejiminə görə iki növə ayırır: açıq informasiya və əldə edilməsi məhdudlaşdırılan (məxfi və gizli) informa­siya. Təqdimat üsulu əsasında məlumatlar qrafik, audio, audiovizual, videoinformasiyalar və mətnlər, kodlaşdırma üsuluna görə analoqrəqəmsal informasiyalar kimi növlərə bölünür və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

informasiya sistemi

Sənədləşdirilmiş informasiyaların, habelə informasiya texnologiyalarının təşkilati və texniki qayda­da, o cümlədən hesablama tex­ni­­kasından ­is­tifadə edilməklə nizamlanmış məc­musu.

İ.S.-ləri və ayrılıqda informa­siya tex­no­logiyaları onların hazırlanmasını və is­tismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələrlə ya­radılır. Belə sistemlərə, texnologiyalara və təminat vasitələrinə sahiblik hüququ on­ların müəlliflərinə məxsusdur və müvafiq qanunlara uyğun şəkildə sertifi­katlaş­dı­rı­laraq qorunur.

Jurnalistika terminləri lüğəti

informasiya təhlükəsizliyi

İnformasiya sahibinin, infrastrukturunun, istifadə­çilə­rinin onlara ziyan vura biləcək təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli tə­sirlərdən qorunması.

İ.T.-nin üç mühüm aspekti var: əlyetərlik (qısa vaxt ərzində tələb olunan informasiya resursunu və xid­mətini əldə etmək imkanı); tamlıq (in­for­masiyanın əvvəlcədən müəyyən edilmiş forma və key­fiyyətini saxlaması); konfiden­sial­lıq (informasiyanın icazəsiz girişlərdən müdafiəsi). İ.T.-nin beynəlxalq və milli ­stan­dartları mövcuddur, onun qorunması ­qanunlar, müvafiq dövlət orqanları və informasiya sahibləri tərəfindən təmin edilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti