lat. video – baxıram, görürəm + lat. camera – otaq
Təsviri və səsi saxlanmaq üçün müxtəlif formalı informasiya daşıyıcılarına köçürə, yaxud birbaşa efirə ötürə bilən çəkiliş aparatı.
V.-ların stasionar (studiyalarda, ştativlərdə, digər hərəkətsiz obyektlərdə quraşdırılan) və mobil (çiyində, əldə gəzdirmək üçün) növləri var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm + fr. cassette – kiçik qutu
Videokamera ilə çəkilmiş, yaxud videomaqnitofon vasitəsilə köçürülmüş görüntüləri rəqəmsal formatda saxlamaq üçün informasiya daşıyıcısı.
V. – içərisinə videoyazı üçün maqnit lenti yerləşdirilmiş kiçik qutudan ibarətdir.
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm + yun. magnetis lithos – hərfi mənada «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş» + yun. phone – səs
Videokameradan aldığı təsviri və onu müşayiət edən səs siqnallarını maqnit lentinə yazan və sonradan nümayiş etdirən avadanlıq.
İş prinsipinə görə V. adi maqnitofona bənzəyir. V. həm də kameranın videokasetə köçürdüyü rəqəmsal görüntünü nümayiş etdirmək üçündür.
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm
1. Məlumat xarakterli qrafik informasiyanın televiziya, yaxud kompüter ekranına çıxarılmasını təmin edən sistem.
Bu sistem klaviaturadan, telefon xəttindən və televizordan, yaxud displeydən ibarətdir. Ondan informasiyanı mətn və qrafika şəklində müəyyən məsafədə yerləşən ekranda əks etdirmək üçün istifadə olunur.
2. Məcazi mənada: qəzet, jurnal məqaləsində çərçivəyə alınaraq, yaxud xüsusi qələmlə rənglənərək digərlərindən fərqləndirilən cümlə, söz.
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm + fr. sujet – mövzu, predmet
1. Hər hansı hadisə haqqında qısa və bitkin videoinformasiya.
V., əsasən, xəbər proqramlarında müstəqil material, yaxud mətnli informasiyanı müşayiət edən ardıcıl görüntülər kimi təqdim olunur.
2. Televiziya proqramının ssenarisinə uyğun olaraq verilişdə nümayiş etdirmək üçün hazırlanmış videomaterial.
Belə verilişlərdə V.-lərdən, adətən, hansısa fikrin təsdiqi və ya inkarına xidmət edən əyani vəsait, yaxud müzakirələrə mövzu verən, onları canlandıran mühüm element kimi istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Verilişlərin, filmlərin, digər videoarxiv materiallarının lent yazılarının xüsusi şəraitdə saxlandığı, özəl mühafizə sisteminə malik yer.
2. Xüsusi şəraitdə, özəl mühafizə sisteminə malik olan yerdə saxlanılan verilişlərin, filmlərin lent yazılarının, digər videoarxiv materiallarının toplusu.
Jurnalistika terminləri lüğətihavay. wiki – tez + ing. encyclopedia – ensiklopediya sözlərindən yaradılmış abreviatura
Bütün internet istifadəçiləri üçün açıq, çoxdilli onlayn ensiklopediya.
ABŞ-ın Wikimedia qeyri-kommersiya təşkilatına məxsus sayt amerikalı mütəxəssislər Cimmi Ueyls və Lari Senger tərəfindən wiki texnologiyası əsasında yaradılıb, 2001-ci ilin yanvarında ingilis dilində fəaliyyətə başlayıb. 2015-ci ilin sonunda artıq ensiklopediyada 300-ə yaxın dildə 37 milyondan çox məqalə toplanıb, unikal istifadəçilərin sayı ayda yarım milyardı ötüb. V. internetdə ən populyar saytlardan biri, bəşər tarixində ən zəngin ensiklopediyadır. Onun əsas xüsusiyyəti istənilən istifadəçinin buradakı məqalələrdə (bəzi istisnalarla) dəyişiklik edə, yaxud öz kontentini yarada bilməsindədir. Yeniliklər dərhal saytda görünür. Bu, V.-nı qeyri-elmilikdə, qeyri-dəqiqlikdə tənqidlər üçün əsas yaradır. Lakin 2005-ci ildə təsadüfi üsulla seçilmiş 42 məqalənin təhlili göstərib ki, dəqiqliyinə görə onlar məşhur Britannica ensiklopediyasının məqalələrinə yaxındır. V.-nın Azərbaycan bölməsi 2004-cü ilin yanvarından fəaliyyətdədir. 2015-ci ilin sonunda bölmədəki məqalələrin sayı 101.700-ə yaxın olub.
Jurnalistika terminləri lüğətilat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən
1. Real proses və hadisələrin kompüterdə yaradılmış modeli.
V.A. istifadəçilərin bir-biri ilə ünsiyyətdə olduğu, mövcud kompüter obyektlərindən istifadə etdiyi və özlərinin də belə obyektlər yarada bildiyi mühitdir.
2. Reallıqdan fərqlənən, müxtəlif bədii təsvir vasitələri, sənət nümunələri (kino, rəsm, mətn və s.) ilə insanın təxəyyülündə yaradılan aləm.
Jurnalistika terminləri lüğətilat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən
Siyasi və coğrafi sərhədlərdən asılı olmayaraq sosial media vasitəsilə öz aralarında daimi əlaqə yaratmış, ümumi məqsəd və maraqlara malik insanların şəbəkəsi.
V.C. – internet vasitəsilə ünsiyyətdə olan kompüter istifadəçilərindən ibarət icmadır. Termini 1993-cü ildə kommunikasiya məsələləri üzrə amerikalı mütəxəssis Hovard Reynhold eyniadlı kitabında irəli sürüb və V.C.-ə ilkin tərif verib: «bir qrup adamın kiber aləmdə şəxsi münasibətlər yaratmaq üçün uzunsürən açıq və insani müzakirələri nəticəsində şəbəkədə formalaşan sosial birlik».
Jurnalistika terminləri lüğətilat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən
Süni üsullarla və interaktiv multimedia vasitələri ilə yaradılan elektron gerçəklik, gerçəkliyin kompüter modeli.
İnsanda V.R. təsəvvürü onun duyğularına təsir göstərmək və bu təsirə cavab reaksiyası oyatmaqla, fiziki iştirak effekti yaratmaqla formalaşdırılır. Müxtəlif texniki vasitələr (eynək, dəbilqə, xüsusi ekranlar, səs qurğuları) həmin təsəvvürü gücləndirməyə xidmət edir. Terminə ilk dəfə fransız dramaturqu Antonin Artonun (Artuad) «Teatr və onun oxşarı» (1938) əsərində rast gəlinir. Kompüter texnologiyaları erasına qədər bu termin altında «reallıqda mövcud olmayan, amma müəyyən şəraitdə yarana biləcək» hal, vəziyyət nəzərdə tutulurdu. Kompüterdə ilk V.R. yaradan proqram isə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun «Aspenin kino xəritəsi» (1977) adlı proqramı hesab edilir.
Jurnalistika terminləri lüğəti