Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

reklam daşıyıcısı

Reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan istənilən daşınan və daşınmaz əmlak.

Bu sıraya ən müxtəlif stasionar və səyyar aparatlar, tikililər, nəqliyyat və s. ilə yanaşı, telekommunikasiya qurğuları, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar, çap məhsulları da daxildir.

Jurnalistika terminləri lüğəti

reklam fasiləsi

Teleradio yayımında bir reklam blokunun davam etdiyi müddət.

Ölkə qanunvericiliyinə görə, R.F.-nin, yaxud fasilələrinin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.

Jurnalistika terminləri lüğəti

reklam fəaliyyəti

İstehlakçının diqqətini reklam obyektinə cəlb etmək məqsədilə reklamvericinin, reklam istehsalçısının, agentinin, agentliyinin və yayıcısının hərə­kətlərinin məcmusu.

Jurnalistika terminləri lüğəti

reklam gəlirləri

Kütləvi informasiya va­sitələrinin reklam fəaliyyətindən əldə et­diyi qazanc.

Bu qazanc maliyyə və­­saiti, avadanlıq, rabitə xidmətləri və s. forma­larda ola bilər. KİV-in sponsorlardan, üçüncü şəxslərin pul yardımlarından asılı­lığını aradan qaldırmaq, onların müstəqil inkişafını təmin etmək üçün iki əsas ma­liy­yə mənbəyi mövcuddur: R.G. və satış­dan (abu­nədən) əldə olunan vəsait. Beynəlxalq praktikada R.G. medianın satışdan əldə ­etdiyi qazancı xeyli üstələyir. Bəzi KİV, ilk növbədə, saytlar, xəbər portalları üçünsə o, çox vaxt yeganə gəlir mənbəyi rolunu oynayır.

Jurnalistika terminləri lüğəti

reklam istehlakçısı

İstənilən reklam mü­raciətinin ünvanlandığı fiziki şəxs.

Jurnalistika terminləri lüğəti

reklam istehsalçısı

Hər hansı məlumatı reklam formasında yayımlamaq üçün tam olaraq, yaxud qismən hazırlayan fiziki və ya hüquqi şəxs.

Jurnalistika terminləri lüğəti

reklam materialı

1. Birbaşa reklam xarakteri daşıyan istənilən kütləvi informasiya vasitəsi məhsulu, o cümlədən xə­bər, mə­qalə, veriliş.

2. Bütünlükdə rek­lam xarakte­ri daşıyan çap məhsulu; məs.: ­kataloq, prospekt, plakat, etiket və s. ­

3. Üzə­rində reklam xarakterli informasiya yer­­ləş­diril­miş, çox zaman pulsuz paylanan əşyalar, məhsullar; məs.: qələm, saat, köynək və s.  

Jurnalistika terminləri lüğəti

reklam müraciəti

Reklamvericinin bilava­sitə auditoriyaya ötürdüyü informasiya, habelə bu informasiyanın daşıyıcısı olan mətn, təsvir, simvol.

R.M. – reklam pro­sesinin müxtəlif kommunikasiya kanalları ilə istehlakçıya çatdırılan, emosional təsir qüvvəsinə malik əsas elementidir.

Jurnalistika terminləri lüğəti

reklam nəşri

1. Əsas məzmununu reklam müraciətləri və reklam xarakterli mate­riallar təşkil edən ixtisaslaşmış çap küt­­lə­­vi ­informasiya vasitəsi.

2. Bax: reklam materialı.

Jurnalistika terminləri lüğəti

reklam obyekti

Reklam olunan istənilən məhsul, xidmət, tədbir, ideya, hərəkət və onların fərdiləşdirilmə vasitələri.

Jurnalistika terminləri lüğəti