lat. color – rəng
Əsərin, materialın dilində, təsvir və təhkiyədə spesifik məqamların məcmusu; özünəməxsus tərz.
K. anlayışı çox vaxt obrazların nitqində, davranışında, məişətində təzahür edən sosial mənşə, xüsusilə millilik elementləri ilə bağlıdır. Müəllif nitqin imkanlarından istifadə edərək etnik detallara nə qədər çox diqqət yetirirsə, milli K. də əsərdə bir o qədər qabarıq nəzərə çarpır və s.
Jurnalistika terminləri lüğətiing. comic < yun. komikos – şən, gülməli
Süjeti təşkil edən hadisələrin şəkillər vasitəsilə nəql olunduğu əsər.
İlk K.-lər XIX əsrin sonlarında ABŞ mətbuatında meydana gəlib. Onlar sosial məzmunlu, komik xarakterli süjetə malik olduqları üçün K. adlandırılıb. Zaman keçdikcə K.-lərin mövzusu genişlənib; burada fantastika, detektiv, superqəhrəmanların macəraları üstünlük təşkil etməyə başlayıb. K. çox vaxt mətnin və vizual təsvirin vəhdətini nəzərdə tutur, buna görə onun, adətən, iki müəllifi (yazıçı və rəssam) olur. Bir sıra K.-lər mövcud əsərlərin süjeti əsasında yaradılır, digərləri elə K. şəklində meydana çıxır və məşhurlaşır. Sten Linin populyar «Hörümçək adam» K.-i yazıçının rəssam Stiv Ditko ilə əməkdaşlığı nəticəsində yaranmış orijinal əsərlərə misaldır.
Jurnalistika terminləri lüğətiHüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı olan, sahibindən icazəsiz açıqlanması onun qanuni maraqlarına ziyan vura bilən məlumatlar.
Məlumatın K.S.-nə aid edilməsi üçün o, üç tələbə cavab verməlidir: kommersiya dəyərinə (mənfəət əldə etmək baxımından əhəmiyyətə) malik olmalıdır; sahibi tərəfindən xüsusi tədbirlər həyata keçirilməklə qorunmalıdır; əldə edilməsi qanuni əsaslarla məhdudlaşdırılmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKommersiya sirri kimi qorunmasına qanunla icazə verilməyən yeniliklər, biliklər, sənədlər.
Bunlara dövlət sirri təşkil edən informasiyalar, təsis sənədlərində və maliyyə hesabatlarında əksini tapan məlumatlar, lisenziyalara, qiymətli kağızlara, əqli mülkiyyət obyektlərinə, özəlləşdirmənin şərtləri və həyata keçirilməsi prosesinə aid olan, habelə əməyin ödənilməsi formaları və məbləğinə, işçilərin say tərkibinə, boş iş yerlərinə, əməyin təhlükəsizliyinin və əhalinin sağlamlığının təmin edilməsinə dair bilgilər daxildir. Barəsində məsuliyyət növü nəzərdə tutulan əməllər, hüquqi şəxslərin ləğvi, qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar da kommersiya sirri kimi qoruna bilməz.
Jurnalistika terminləri lüğətilat. communico – ümumiləşdirirəm, əlaqələndirirəm
1. İnformasiya mübadiləsi, məlumatın hər hansı üsulla ünvana çatdırılması prosesi.
2. İki və daha çox obyekt arasında əlaqə.
3. Jurnalistikanın fərdlər, sosial qruplar, cəmiyyətlər arasında əlaqə yaratmaqdan ibarət olan ən mühüm funksiyalarından biri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFərdlər, sosial qruplar, cəmiyyətlər arasında informasiya mübadiləsi prosesində istifadə olunan üsulların, məlumatın ötürülməsinin bütün formalarının cəmi.
Müasir elmdə K.V. termininin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün deyil: insanın şüuruna, hiss orqanlarına təsir edən, informasiya çatdıran nə varsa, hamısı K.V. kimi nəzərdən keçirilir. Nəinki media, fərdi və kollektiv ünsiyyət formaları, hətta ünsiyyətin, məlumatın, informasiya daşıyan istənilən əşyanın özü də K.V. hesab olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. communicatio – məlumat, açıqlama
1. Müəyyən nəticəni əldə etmək üçün ünsiyyətdə olduğu şəxsə təsir göstərməyə çalışan mütəxəssis.
K.-lar teleradio verilişlərində, biznesdə, böhranlı şəraitdə mühüm funksiyalar yerinə yetirirlər.
2. ,Fərdlər, sosial qruplar, cəmiyyətlər arasında əlaqəni təmin edən istənilən kütləvi informasiya vasitəsi.
3. Mobil rabitə funksiyasına malik kiçik fərdi kompüter.
Jurnalistika terminləri lüğəti