İki və daha artıq şəxs arasında kommunikasiya prosesi.
İ.M.-nin məqsədi sonrakı istifadə üçün məlumatın ötürülməsi və qavranılmasıdır. İ.M. informasiyanın idarə olunmasının mərhələlərindən biridir. Onun dörd əsas elementi var: informasiyanı toplayan və ötürən tərəf; məlumat; informasiya kanalı və məlumatı qəbul edən tərəf.
Jurnalistika terminləri lüğətiSiyasi, iqtisadi, hərbi sahələrdə üstünlük qazanmaq üçün mediada ardıcıl informasiya hücumları təşkil etməklə rəqibin zəiflədilməsi, sıradan çıxarılması üsulu.
İ.M.-nin hədəfləri münaqişə edən tərəflərin (ölkələrin) əhalisi, dövlət institutları (ilk növbədə, hərbi qüvvələri) və beynəlxalq rəydir. Bu müharibə rəqibin informasiya sistemləri və proseslərinə zərbə vurmaq, onun gerçək məlumat əldə etmək imkanlarını məhdudlaşdırmaq, internet resurslarını dağıtmaq, öz resurslarını isə qorumaq və gücləndirmək, dezinformasiya, şayiələr hesabına media fəallığını artırmaq kimi üsullarla həyata keçirilir. İ.M. termininə rəsmi sənədlərdə ilk dəfə 1976-cı ildə ABŞ administrasiyasının hərbi məsləhətçisi Tomas Ronanın «Silah sistemləri və informasiya müharibələri» hesabatında rast gəlinir. Lakin bu termin hüquqi deyil, siyasi, publisistik xarakter daşıyır, ona görə hətta hərbçilər də İ.M. əvəzinə «informasiya əməliyyatı» anlayışından istifadəyə üstünlük verirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiVerilənlər bazaları və məlumat banklarının, informasiya-kommunikasiya şəbəkələri və sistemlərinin, habelə onlardan istifadə texnologiyalarının məcmusu.
İ.M. termininin dəqiq tərifini vermək, konkret xüsusiyyətlərini müəyyənləşdirmək mümkün deyil. Buna görə də İ.M. dedikdə, adətən, bütün mövcud informasiya infrastrukturu, informasiya-təsir vasitələri və üsulları nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətiİnformasiyaların konkret xüsusiyyətlərinə görə təsnifatı.
Hansı xüsusiyyətin üstün tutulmasından asılı olaraq müxtəlif bölgü sistemləri, növlər mövcuddur. Qanunvericilik bütün məlumatları hüquqi rejiminə görə iki növə ayırır: açıq informasiya və əldə edilməsi məhdudlaşdırılan (məxfi və gizli) informasiya. Təqdimat üsulu əsasında məlumatlar qrafik, audio, audiovizual, videoinformasiyalar və mətnlər, kodlaşdırma üsuluna görə analoq və rəqəmsal informasiyalar kimi növlərə bölünür və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti