Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

açıq qapı günləri

1. Auditoriyanın istə­nilən üzvünə redaksiyanın işi ilə tanış ­ol­maq imkanı yaratmaq üçün keçirilən ak­­­siya.

A.Q.G. media orqanının auditoriya ilə ünsiyyətinin xüsusi formasıdır, onun məqsədi KİV-in şəffaflığını nümayiş et­dirmək, interaktivlik yaratmaq və tama­şaçı, dinləyici, oxucu kütləsi arasında öz etibarını artırmaqdır.

2. Dövlət orqanları, böyük şirkətlər tərəfindən jurnalistlər üçün ke­çirilən informasiya sessiyaları, PR təd­biri.

Bu sessiyalarda jurnalistlərə döv­lət or­qa­nının, şirkətin işi ilə yaxından tanış olmağa, rəhbər vəzifəli şəxslərə bir­başa sual ver­məyə imkan yaradılır. A.Q.G.-nin keçirilməsi Azərbaycanın bəzi dövlət proq­ramlarında hakimiyyət orqanları qar­şı­sında vəzifə kimi qoyulur. 

Jurnalistika terminləri lüğəti

açıq informasiya

Əldə olunması qa­­­­­nun­­vericiliklə məhdud­laşdırıl­ma­yan, ümu­mi istifadə üçün nəzərdə tutulmuş informa­siya.

A.İ.-ların məhdudlaşdırılması qa­da­ğandır. ­On­­­­­la­ra aiddir: döv­­lətin fiziki və hüquqi şəxslərə ver­diyi imtiyazlar, güzəşt­lər; dövlət orqanları və vəzifəli şəxs­lərin qanunçuluğu pozması faktları; ali ­və­zifəli şəxslərin ­səh­hə­ti; vətəndaşların hüquq və azad­lıq­ları­nın, hüquqi şəxslərin qanuni ma­raq­larının ­po­­­­­­­zulması fakt­la­rı; fövqəla­də hadisələr, ­qə­zalar, təbii fə­lakətlər; eko­logiyanın, sə­­­hiyyə­nin, demoqrafiyanın, təhsilin, mə­­­dəniy­yə­tin, kənd tə­sər­rü­fa­tı­nın, habelə ci­­­­­­­na­­­­­­yət­karlığın vəziy­yəti; ətraf mü­hitdə baş verən də­yişik­liklər, onun mü­hafizəsinə yö­nəldilmiş təd­bir­lər; büdcə vəsaitlərindən istifadə, ölkənin iqtisadi durumu, əhalinin tələbatı, dövlətin qızıl və valyuta eh­ti­yat­larının həcmi; dövlət or­qanla­rının və bələdiyyələrin fəaliyyətləri barədə digər ­in­­­for­masiyalar, habelə normativ-hüquqi ­aktlar, Milli Məc­lisin açıq ­ic­las­larının stenoqramları; məhkəmə akt­ları; dövlət sirri təşkil edən məlumatların siyahısı və s. A.İ. dərc edilməli, mətbuat konfrans­la­rı, brifinqlər vasitəsilə yayılmalı, yaxud ­in­­­­­for­masiya sor­ğu­ları əsa­sında təq­dim olun­ma­lıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ADSL [a-de-se-el] abreviatura

ing. Asymmetric Digital Subscriber Line – «asimmetrik rəqəmsal abunəçi xətti» sözlərinin baş hərf­lərin­dən

Adi analoq telefon xətti ilə rəqəmsal in­for­ma­siyanın sürətlə ötürülməsini təmin edən texnologiya.

ADSL texno­lo­giya­sının tarixi XX əsrin 80-ci illərindən baş­layır. O, interaktiv televiziyanın – yəni abonentlə yayım təşkilatı arasında ikitərəfli əla­qənin yara­dılmasına yönəldilmiş axta­rış­ların nəticəsi kimi meydana gəlib. 

Jurnalistika terminləri lüğəti