Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

zibil zənbilinə işləmək

1. Yeni nəşrin ilk sayı (ilk bir neçə sayı) üzərində iş yekun­laşdıqdan sonra hazır maketi çapa ver­mək­dən məqsədyönlü surətdə imtina etmək.

Bəzi qəzetlər bu taktikadan nəşr satışa çıxmazdan əvvəl redaksiyanın bütün xid­mət­lərinin fəaliyyətini nizamlamaq, real iş re­jimində yarana biləcək problemləri məşq prosesində aradan qaldırmaq üçün is­­tifadə edir. 

2. Hər hansı əsəri, ma­te­rialı onun işıq üzü görəcəyinə ümid bəslə­mə­dən yazmaq, yaratmaq.

Misal: «Zibil ­z­ən­bilinə işləmək, amma boş yerə işlə­­mə­mək» (aka­demik Lev Landaunun aforizmi).

Jurnalistika terminləri lüğəti