Troposferin orta qatlarında müşahidə olunan boz, ağımtıl, göyümtül rəngli yüngülcə dalğavarı buludlar.
Y.L.B., əsasən, buz kristallarından, qar dənəciklərindən ibarət olur, üfüqi istiqamətdə yayılır, pərdə şəklində göyün üzünü örtür. Onların arxasından Günəş, yaxud Ay çox solğun və yayğın görünür. Bu buludların yağıntısı yayda Yerə çatmır, qışda isə qar verir. Elmi ədəbiyyatda Y.L.B. “altostratus” (As) adlandırılır. Oksford lüğətlərində bu terminin latınca “altus” (hündür) və “stratum” (hərfi mənada: səpələnmiş) sözlərindən törədiyi göstərilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti