►Yol göstərən, düzgün istiqamәt verәn, öndə gedən bacarıqlı rəhbәri xarakterizə edərkən işlədilən ifadə.
İfadə bir çox hallarda səyyahlar üçün bələdçi rolunu oynayan qütb ulduzu ilə bağlı yaranmışdır.
Qәdim zamanlarda kompas yox idi, səyyahlar, dənizçilәr istiqamәti günәşə vә ulduzlara əsasən müәyyәn edirdilər. Onlar ulduzların gecәlәr yerini dәyişdiyini, birinin isə daim bir yerdә durub sabit qaldığını müəyyәn etmişdilər. Bu sabit ulduza әsasən qədim sәyyahlar cәhәtlәri tapırdılar. Həmin ulduza həm də qütb ulduzu deyilir. İfadә bununla əlaqədar meydana gəlmişdir.
Praktik ehtiyac həlә çox-çox qәdimlәrdәn insanları cәhətlәri müәyyәnlәşdirmәyә mәcbur etmişdi. Qәdim insan müşahidə etmişdi ki, günәş üfüqün şərq tərəfindən çıxır. Odur ki günәşi müqəddəs bilən, ona sitayiş edən xalqlar, adətən, üzlərini günəşə tərəf tutub dua eləyirdilər. Gecələr isə cәhətləri müәyyən etmək işindә qütb ulduzu әsas rol oynayırdı. Üzü qütb ulduzuna tәrәf dayanan şәxsin qarşı tәrәfi şimal, arxa tәrәfi cәnub, sağı şәrq, solu qәrb hesab olunurdu.
Sonra qarma-qarışıq vəziyyətlərdə insanlara yol göstərən, kütləni yönəldə bilən ağıllı və bacarıqlı adamların ünvanına da bu ifadəni işlətməyə başladılar.
Məsəllər, deyimlər