1. Yoğun şeyin hal və keyfiyyəti. □ Ağacın yoğunluğu. İpin yoğunluğu. 2. Köklük, ətlilik, canlılıq, şişmanlıq. □ Qarnının yoğunluğu əyilməsinə mane olur. 3. Məcazi mənada: qabalıq, tərbiyəsizlik, qanmazlıq, kütlük.