Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yara [yara] isim

1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri, hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. □ Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Atalar sözü). Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.

2. Məcazi mənada: dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. □ Ürək yarası.

3. Məcazi mənada: cəmiyyətdə olan mənfi hadisələr haqqında. □ Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir.

4. Məcazi mənada: vurulan ziyan, zərər, təxribat haqqında.

Həmçinin bax:

frazeologizm: köhnə yarasını təzələmək frazeologizm: qəlbi yaralı frazeologizm: yarası qubar eləmək frazeologizm: yarası təzələnmək frazeologizm: yarasına duz basmaq frazeologizm: yarasına məlhəm qoymaq frazeologizm: yarasına toxunmaq frazeologizm: yarasını təzələmək frazeologizm: yarasının qaysağını (közünü) qoparmaq Azərbaycan dilinin izahlı lüğəti