►Bir vasitə, şəxs və ya predmet olmasa, hansısa işin başa gəlməyəcəyini iddia edənlərə kinayəli cavab kimi deyilən ifadə.
İfadə qədim insanların xoruz banı әsasında günün hissәlәrә bölünmәsi təsəvvürlərindən qaynaqlanaraq yayılmışdır.
Hələ qədimdən insanlar iyirmi dörd saatlıq zamanı müxtәlif şәkillәrdә qiymәtlәndirmişlәr. Qәdim Babilistanda vә Misirdә, Yunanıstanda vә Romada günün başlanğıcı günәşin çıxmasından hesablanırdı (gün çıxandan gün çıxana bir gecә-gündüz һesab olunurdu). Qәdim yәһudilәr isә günün müddәtini bir gecәdәn başqa gecәyә qәdәr olan zaman uzunluğu kimi qәbul etmişdilәr. Qәdim zәrdüştilәr dә sutkanı günәşin çıxmasından hesablayırdılar.
Şәrqdә vaxt bölgüləri çox zaman xoruzun banlaması әsasında müәyyәnlәşdirilirdi. Xüsusilә gecәnin müxtәlif vaxtları xoruz banı ilә qeyd edilirdi («xoruzun birinci banı», «xoruzun üçüncü banı» vә bu kimi ifadәlәr dilimizdә çox işlәdilirdi). Çox sonralar insanlar tәcrübә әsasında əmin oldular ki, xoruz banı әsasında günün hissәlәrә bölünmәsi sәһvdir vә özünü doğrultmur.
Türk dillәrindә «xoruz» sözünün һoroz//koraz//qoraz//qaruz//karuz//xoruz vә s. variantları vardır. Bir sıra qәdim xalqlarda xoruz Günәş ilahәsi vә ya Günәşin oğlu hesab edilirdi. «Gün» vә «xoruz» sözlәrinin kökü eyni qu//qo//һo ünsüründәn ibarәtdir. Qәdim iranlılar, qәdim slavyanlar vә bәzi türk xalqları arasında Günәş oğlu xoruz kultu geniş yayılmışdı. «Qodu» sözü farsca «xuda», türkcә «һuda» sözlәri ilә әlaqәdardır. Hәr ikisi Günәş ilaһәsinin adıdır.
İfadə dilimizdə «xoruz yox idi, səhər açılmırdı?» şəklində də işlənir.
Məsəllər, deyimlər