►Həyat üzünə gülmək, bəxti gətirmək, ciddi uğur qazanmaq, həyatı ciddi şəkildə dəyişmək, birdən-birə işləri yaxşı getmək.
İfadə məşhur Avstriya yazıçısı Stefan Sveyqin (1881–1942) «Bəşəriyyətin ulduzunun parladığı an» (1927) əsərindən qaynaqlanaraq yayılmışdır.
Böyük yazıçı novellalardan ibarət həmin əsərinə müəllif olaraq yazdığı girişdə qeyd edirdi ki, bəşər tarixindən və insanların taleyindən milyonlarla boş saatlar axıb keçir, amma bu saatlardan tək bircəciyi – ulduz kimi parlayaraq illəri və əsrləri işıqlandıran AN yadda qalır və əbədi tarixə çevrilir. S.Sveyq izah edir ki, məhz bu saatda parlayan ulduz qaranlıqlara parlaq işıq saçaraq bəşəriyyətin gedəcəyi yolu işıqlandırır.
Dilimizdə «xoşbəxt ulduz altında doğulmaq», «ulduzları barışmaq», «ulduz xəstəliyi», «ulduzu sönmək» və s. ifadələr də işlənməkdədir.
Məsəllər, deyimlər