1873–1884-cü illərdə üç monarxiya – Almaniya, Avstriya-Macarıstan və Rusiya arasında bağlanmış mütəffiqlik sazişlərinin tarixi ədəbiyyatda qəbul edilmiş adı.
Öncə bu sazişlər müttəfiqlərdən hər hansı birinin dördüncü dövlətin hücumuna məruz qaldığı təqdirdə digərlərin ona hərbi yardım göstərməsini nəzərdə tutub. 1881-ci ildən “hərbi yardım” müddəası “xeyirxah bitərəflik” termini ilə əvəzlənib. 1885–1886-cı illərdə sazişlər faktik olaraq qüvvədən düşüb. Buna səbəb həmin dövrdə Bolqarıstan böhranı və serb-bolqar müharibəsi zamanı üç dövlət arasında ziddiyyətlərin kəskinləşməsi olub.
Tarix terminləri lüğəti