1. Toza bulanmaq, toz basmaq, tozla örtülmək, tozlu olmaq.
2. Tozlama aparılmaq. □ Qırmızı yonca cır arıların vasitəsilə tozlanır. (M.Axundov).
3. Zəhərli tozla dərmanlamaq (bitkilər haqqında). □ Pambıq sahəsi tozlandı.
4. Toz halına gəlmək, toza dönmək. □ İkicə günün ərzində günəş yolu o qədər qurutmuşdu ki, maşınların təkərinin altından boz torpaq tozlanıb havaya qalxırdı. (M.İbrahimov).