Reklam
Reklam

Məsəllər, deyimlər

TORPAQDAN YARANAN TORPAĞA DÖNÜR

Yaradılmışın (insanın) bir gün öləcəyinə, dəfn olunaraq torpağa qarışacağına və beləliklə, fani dünyadan ona heç nə qalmayacağına işarə ilə deyilən ifadə.

İfadə İsa peyğəmbәrin dilindәn yayılmışdır.

Müqəddəs kitab olan «Tövrat»da deyilir: «Hәr şey torpaqdan yaranmış vә hər şey torpağa dönәcəkdir». «İncil»ә görә: «Allah Yer üzündә birinci insan olan Adәmi bir parça gildən yaratmışdır».

Dünyada ilk insan olan Adәmin torpaqdan yaranması haqqındakı әfsanәdәn müsәlman dinindә dә istifadә olunmuşdur. Allah mələkləri nurdan (öz nurundan), can (cin, iblis) tayfasını nardan (atәşdәn, oddan), insanı isә torpaqdan xәlq etmişdir. Dinlәr tarixindә ilk insan һesab edilәn «Adәm» adının һәrfi mənası qәdim ibrani dilindә «yerin әdәmindәn (torpağın üst qatı) yaranmış» demәkdir.

Min illәrlә insan canlının «torpaqdan әmәlә gәlib» torpağa çevrildiyinin şaһidi olmuşdur. Qədim alimlәrin fikrincә, canlı torpaqla cansız torpağın fәrqi birincidәki «can» vә ya «ruh»dur.

Məsəllər, deyimlər