lat. capillaris – tüklü
Torpağın tərkibindəki çox nazik kanallar vasitəsilə suyu özünə çəkmək və ötürmək qabiliyyəti.
Torpaqdakı suyun bir qismi öz ağırlığının təsiri altında bu kapilyarlarla hərəkət edir. Kapilyarlarla dövr edən suyun miqdarı isə torpağın strukturundan, onun ümumi məsaməliyindən, bu məsamələrin keyfiyyətindən, habelə havanın temperaturundan, rütubətliliyindən, ərazinin bitki örtüyünın qalınlığından və s.-dən asılı olaraq dəyişir.
Coğrafiya terminləri lüğəti