►Alver zamanı diqqətsiz olmaq, nə verildiyinə diqqət yetirməmək.
İfadənin Fransa folklorundan qaynaqlandığı güman edilir.
Bununla bağlı rəvayətin canı odur ki, bir nəfər bazarlıq edir və verilən malın əvəzinə ona torbada pişik sırındığının fərqinə varmır. Lakin evə gəlib torbasına baxanda pişiyi görür və etiraz eləmək üçün əli heç yerə çatmır.
Bu gün Fransa və Almaniyada hələ də kiməsə yararsız bir şey satan fırıldaqçı haqqında «torbada pişik satıb» deyirlər. İngilislər bu ifadədə pişiyi donuz balası ilə əvəz ediblər. Rus dilinə keçən ifadə uğursuz alıcıya yumoristik münasibəti bildirmək üçün işlədilir.
Azərbaycan dilində bir işdə müəmma olduğu halda, yəni işin içində iş olduğunu bildirmək mənasında «torbada pişik var» ifadəsi işlənir.
Məsəllər, deyimlər