1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. □ Qatarlar toqquşdu.
2. Məcazi mənada: aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək. □ Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. (H.Seyidbəyli).
3. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək. □ Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. (M.İbrahimov).
4. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. □ Düşmənlə toqquşmaq.
5. Məcazi mənada: maraqları, mənafeiləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq. □ ..Şübhə yox, toqquşacaq xeyirlə şər. (A.Şaiq).