1. Bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə, yer; həmin istiqamətin özü; cəhət. □ Qoyuna qurd daraşdı, bəla da bir tərəfdən. (Atalar sözü)
2. Bir şeyin ortasından və ya orta xəttindən sağda və ya solda yerləşən sahə, yer; habelə bir adamdan və ya şeydən sağa və ya sola doğru olan istiqamət; cəhət. □ Sağ tərəfə dönmək.
3. Bir şeyin kənarlarında yerləşən sahə; kənar. □ Küçənin sol tərəfi. Çayın o biri tərəfi.
4. Hər hansı bir səbəblə bir-birinə qarşı duran şəxs və ya qruplardan hər biri. □ Mübahisə edən tərəflər. Danışıq aparan tərəflər. Tərəflər razılığa gəldilər.
5. Hər hansı bir şeyin üzlərindən hər biri. □ Parçanın üz tərəfi. Yeşiyin alt tərəfi.
6. Yer, ölkə (bu mənada çox vaxt cəm şəklində işlənir). □ Bizim tərəflərdə qar yağıb. Bu tərəflərdə az görünürsünüz.
7. Riyaziyyat. Həndəsi fiqurun kənarında olan düz xətt kəsiyi. □ Düzbucaqlı üçbucağın tərəfləri. Çoxbucaqlının tərəfləri.
8. Birinin tərəfini saxlayan, tərəfində duran, onu müdafiə edən adam; tərəfgir. □ ..Kasıbın nəyi var ki, ona tərəf olan da ola? (Ə.Əbülhəsən)
9. Aid olduğu sözlə birlikdə hərəkətin hansı istiqamətə yönəldiyini bildirir; ...sarı, ...doğru, ...tərəfə. □ Bu məktubu alan tək; Biz tərəfə bir baş çək; Çiçək çağırır çiçək; Hey qarışır sel selə; Naz eyləyir gül gülə; Göy gölə gəl, Göy gölə. (Aşıq mahnısı)
Həmçinin bax: