Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

televiziya filmi

Televiziya ilə göstərilmək üçün çəkilən, xüsusi struktura, este­ti­ka­ya, çəkiliş-montaj texnologiyasına malik film növü.

Kiçikölçülü ekranın texniki im­kanlarını və tamaşaçıların belə ekran­dakı təsvirləri qavrama özəlliyini nəzərə almaqla yaradılan T.F. bədii quruluşuna görə də ki­nofilmlərdən fərqlənir: burada ümu­mi planlardan az istifadə olunur, kadr­da təs­virin çox xırda detalları verilmir və s. T.F.-ləri, əsasən, videolentə çəkilir. Onlar bədii, sənədli, elmi-kütləvi və s. növlərə ayrılır. Televiziya təcrübəsində çoxseriyalı bədii T.F.-ləri (seriallar) geniş ya­yılıb.

Jurnalistika terminləri lüğəti