yun. tauto – eyni şey + yun. logos – elm, təlim
Yazıda və ya danışıqda mənaca eyni, yaxud çox yaxın olan söz və fikirlərin təkrarı.
T. özündə yeni informasiya daşımır, bəzən ifadənin emosionallığını artırır və mətndə asanlıqla ixtisar oluna bilir. Məntiqdə T. arqumentləşdirmə formasından və məzmun fərqindən asılı olmayaraq mənaca həmişə həqiqət sayılan müddəa kimi izah edilir. Məşhur «Dolanaram başına» mahnısının «Sev ki, sevən mərd olar, sevməyən namərd olar» misraları məntiqi T.-ya klassik misaldır.
Jurnalistika terminləri lüğəti