Reklam
Reklam

Tarix terminləri lüğəti

Şvabiya ittifaqı

Almaniyada ilk əvvəl cəngavərlərin, imperiya şəhərlərinin, sonralar isə Cənub-Qərbi Almaniya knyazlarının ittifaqı.

Əsası 1488-ci ilin fevralında Şvabiya şəhərində qoyulduğu üçün ittifaq belə adlanır. Ş.İ.-nın qoşunları Almaniyada kəndli müharibəsinin (1524–1526) yatırılmasında fəal itirak edib. İttifaqın üzvləri arasındakı daxili çəkişmələr 1533-cü ilin sonu – 1534-cü ilin əvvəlində onun dağılması ilə nəticələnib.

Tarix terminləri lüğəti