Reklam
Reklam

Məsəllər, deyimlər

SÜRÜNMƏK ÜÇÜN DOĞULANLAR UÇA BİLMƏZLƏR

Adətən, cəsarətli addım atmağa, düzgün seçim etməyə qadir olmayan və bunu başa düşməyən adamlara münasibətdə istehza ilə işlədilən ifadə.

İfadə böyük rus yazıçısı M.Qorkinin məşhur «Şahin haqqında nəğmə» hekayəsindən qaynaqlanaraq yayılmışdır.

Tədqiqatlar göstərir ki, bu aforizmi Maksim Qorkidən 119 il əvvəl Rusiya Akademiyasının üzvü, şair və tərcüməçi İvan Xemnitser «Kişi və inək» təmsilində işlətmişdir:

Belindəki adamın altında sərilərək

Yıxıldı heç çapmağı bacarmayan bu inək.

Burda qəribə nə var: bilməliydi o nadan,

Sürünməkçün doğulan uça bilməz heç zaman.

Ötən əsrdə bu aforizm ziyalı dairələrdə o qədər populyar olmuşdur ki, bəzən onu əks mənada da işlətmişlər. Yəni bir çox məğrur insanlar özlərinə əskiklik gətirən təklif alanda heç bir istehza olmadan «Uçmaq üçün doğulanlar sürünə bilməzlər» cavabını verirmişlər.

Məsəllər, deyimlər