Tonun yüksəlməsi ilə səciyyələnən intonasiya.
Azərbaycan dilində sual ifadə edən söz daha yüksək tonla tələffüz edilir. Sual intonasiyası ilə tələffüz edilən cümlələr sual cümləsi adlanır. Nəqli və ya əmr cümlələrini sual intonasiyası ilə tələffüz etdikdə sual cümləsi yaranmış olur; məs.: Bu gün dərsə hamı gəlmişdi (nəqli cümlə). Bu gün dərsə hamı gəlmişdi? (sual cümləsi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti