Reklam
Reklam

Tarix terminləri lüğəti

soyuq müharibə

II Dünya müharibəsindən (1939–1945) sonra bir tərəfdən SSRİ və onun satellitləri, digər tərəfdən ABŞ başda olmaqla Qərb ölkələri arasında qlobal miqyaslı geosiyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurma.

S.M. XX əsrin 80-ci illərinin sonunadək davam edib və SSRİ-nin hegemon olduğu sosialist düşərgəsinin tam iflası ilə başa çatıb. Bu termini ilk dəfə Amerika siyasətçisi Bernard Barux 1947-ci il aprelin 16-da Cənubi Karolina ştatının qanunvericilik məclisindəki çıxışında işlədib. Lakin S.M. termini Amerika jurnalisti U.Lippmanın “New-York Tribune” qəzetində çap etdirdiyi məqalələr sayəsində populyarlıq qazanıb və geniş dövriyyəyə daxil olub.

Tarix terminləri lüğəti