1918–1956-cı illərdə SSRİ-də kommunist rejiminə müxalifətdə olan şəxslərin cəmiyyətdən təcrid edilməsi məqsədilə istifadə olunan cəza müəssisələri.
İlk S.H.D. 1918-ci ilin mayında L.Trotskinin (1879–1940) göstərişinə əsasən, I Dünya müharibəsi dövründə hərbi əsirlərin saxlandığı düşərgələrin bazasında yaradılıb. 1921-ci ildə həbs düşərgələrinin sayı 121-ə, orada saxlananların sayı isə 100 minə çatıb. 1930-cu ilin aprelində S.H.D.-ni idarə etmək üçün xüsusi qurum – Baş Düşərgələr İdarəsi (QULaq – rus. Главное управление лагерей) təsis olunub. Tam olmayan statistikaya görə, təkcə 1930–1956-cı illərdə S.H.D.-ndə 1,6 milyon məhbus xəstəlik, aclıq və işgəncələrdən həyatını itirib. Alman nasistləri ölüm düşərgələrini yaradarkən S.H.D.-nin təcrübəsindən geniş istifadə ediblər.
Tarix terminləri lüğəti