Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

skelet [sk'elet] isim yunan

1. İnsan və onurğalı heyvan bədəninin əsasını, gövdəsini təşkil edən sümüklərin hamısı bir yerdə. □ İnsan skeleti. Quş skeleti. At skeleti.
2. Məcazi mənada: müqayisələrdə – quru cəsəd, bir dəri, bir sümük (çox arıq adam haqqında). □ ...zəiflikdən bir skelet şəklini almışdı. (Ə.Vəliyev). 
3. Bir şeyin əsası, gövdəsi, özülü. □ Yanmış buruqların skeleti çar xəyanətinin qara heykəli kimi baxırdı. (M.S.Ordubadi).
4. Məcazi mənada: sonradan inkişaf etdiriləcək və ya qurulacaq bir şeyin əsasını, ən mühüm hissəsini təşkil edən cəhət. □ Əsərin skeleti hazırdır.

Azərbaycan dilinin izahlı lüğəti