Reklam
Reklam

Məsəllər, deyimlər

SİZİF ƏMƏYİ

►Çətin, sonu görünməyən, faydasız və səmərəsiz şəkildə təkrarlanan bir iş haqqında işlədilən ifadə.

İfadə qədim yunan mifologiyasından qaynaqlanır.

Yunan mifologiyasında Sizif – hiyləgər və qürurlu Korinf kralı kimi təsvir olunur. O, həmişə tanrıları aldadır və ələ salaraq onların sirlərini insanlara xəbər verirdi. Bundan qəzəblənən Zevs ona ölüm göndərdi, lakin Sizif məharətlə onu zəncirlədi. Beləliklə, ilahlarla Sizif arasında açıq müharibə başlandı.

Nəhayət, tanrılar Sizifə qalib gəldilər və onu sərt cəzalandırdılar: o, dağın zirvəsinə diyirləyərək daş qaldırmalı və həmin daş təzədən aşağı dığırlanmalı idi. Sizif hər dəfə həmin işi yenidən başlamalı idi.

Məsəllər, deyimlər