Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sifətin azaltma dərəcəsi

Əşyada əlamət və keyfiyyətin adi dərəcəyə nisbətən az olduğunu bildirən dərəcə.

Azaltma dərəcəsi iki üsulla düzəlir: 1. Morfoloji üsulla. Bu üsulla yaranan sifətlər formaca dəyişir, yəni adi dərəcədə olan sifətlərə şəkilçilər artırılır: -sov: uzunsov, dəlisov; -şın: qaraşın, sarışın; -ımsov4: göyümsov, ağımsov; -ımtıl4 (-mtıl): sarımtıl, ağımtıl; -ımtraq4 (-mtraq): yaşılımtraq, sarımtraq; -raq2: yaxşıraq, gödərək; -yanız: qarayanız, sarıyanız. 2. Sintaktik üsulla. Bu üsulla yaranan sifətlərə başqa bir söz ar­tırılır: təhər: qırmızıtəhər, qocatəhər; kəm: kəmşirin, kəm­turş; ala: ala-çiy, ala-yarımçıq; açıq: açıq-sarı, açıq-qara və s. Təhər, kəm sözləri aid olduğu sifətlə bitişik, ala, açıq sözləri defislə yazılır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti