İnsanın şəxsi və ailə həyatına hörmət hüququna malik olması və bu hüquqların qanunla qorunması.
Ş.H.T. hüququna təminat yaratmaq məqsədilə konstitusiyalarda (qanunla nəzərdə tutulan hallardan başqa) şəxsi həyata müdaxilə etmək qadağan olunur. İnsanın razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanmasına, istifadəsinə, yayılmasına, yəni Ş.H.T.-nın pozulmasına yol verilmir. Yazışma, telefon danışıqları, digər rabitə vasitələri ilə ötürülən məlumatlar sirr elan edilir. Eyni zamanda hər kəsə özü haqqında qanunauyğun surətdə toplanmış məlumatlarla tanış olmaq, qeyri-dəqiq məlumatların düzəldilməsini, ləğvini tələb etmək hüququ verilir. Ş.H.T.-nın pozulması cinayət əməli hesab olunur və cərimə, ictimai işlər, islah işləri, yaxud azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti