Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

səbəb-nəticə məna əlaqəsi

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələrindən biri.
Belə cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir; məs.: Yağış yağmağa başladı, hər tərəf islandı. Quraqlıq oldu, məhsul məhv oldu. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr into­nasiya və tabesizlik bağlayıcıları ilə (birləşdirmə, iştirak, inkar bağla­yıcıları) bağlanır; məs.: Gün çıxdı və aləm nura qərq oldu. Dolu yağdı, əkinə ziyan dəydi.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti