Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçer, Bərdə, Cəbrayıl, Gəncə, Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilan
1. Kəsərti alətlərini itiləmək üçün polad alət. □ Satılnan kərənti, pıçağ itiliyirdilər (Ağdərə); Satılım harda qaldı, isde:rəm bıçağı çəkəm (Qazax); Satılını ver, karantini itili:m (Basarkeçər); Ə, satılı ver mə:, orağımı itiliyim (Cəbrayıl); Mə:llim, Həbif satılımı aldı (Gəncə).
2. Çaxmaq daşından od almaq üçün polad alət. □ A bala, satılı civinən al, ma: ver (Şəki).
Zaqatala
Cəftə.
Salyan, Tabasaran
Qulplu mis suqabı. □ Qabağ bizim də satılımız vardı (Salyan).
Azərbaycan dilinin dialektoloji lüğəti